Villiam Rozenberq: Azərbaycan hər bir sahədə inkişaf etmişdir

 

 Azərbaycan hər bir sahədə inkişaf etmiş bir ölkədir.  Bu sözləri AzərTAc-a müsahibəsində Bakıda keçirilən "İnnovasiya texnologiyalarının transferi: marketinq və müqavilələrin bağlanması" mövzusunda beynəlxalq seminarda iştirak edən ABŞ-ın Massacusetts Universitetinin professoru Villiam Rozenberq demişdir.

Amerikada innovasiya texnologiyalarının artıq inkişaf etdiyini vurğulayan V.Rozenberq bunu gələcəkdə də davam etdirəcəklərini və Azərbaycana bu istiqamətdə kömək etməyə hər zaman hazır olduqlarını bildirmişdir.

Professor seminarın keçirilməsinin Azərbaycan və digər ölkələr üçün çox vacib və əhəmiyyətli olduğunu qeyd etmişdir.

Bakıya birinci dəfədir gəldiyini diqqətə çatdıran amerikalı mütəxəssis, Bakı şəhərinin çox gözəl olduğunu, Azərbaycanın hər bir sahədə inkişaf etdiyi və buradan çox böyük təəssüratla dönəcəyini bildirmişdir.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.2.