Elmi-nəzəri konfrans
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində dünya
romantizminin görkəmli nümayəndəsi
filosof-şair Hüseyn
Cavidin anadan
olmasının 130 illik yubileynə həsr
olunmuş beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Mütəfəkkir-şair, görkəmli dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində
orijinal ədəbi simalardan
biri olmaqla
yanaşı, xalqımızın minillik ədəbiyyatının
növbəti inkişaf mərhələsi
sayılan XX əsr Azərbaycan romantizmi də
hamıdan çox onun
adı ilə bağlıdır. Çünki
Hüseyn Cavid orijinal bir dramaturq
kimi ədəbiyyat aləmində
1910-1912-ci illərdən tanınır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan irəli gələn
tədbirlər planına uyğun olaraq, keçirilən konfransda
H.Cavidin dünya
romantizmində tutduğu mövqe
məruzələrin əsas mövzusu olub. O da qeyd
edilib ki, Azərbaycan milli romantizminin poetika və estetikasının təşəkkülü
H.Cavidin adıyla bağlıdır. Cavid Şərq-Qərb romantizm
ənənələrini yeni bir zirvəyə qaldırmış qüdrətli
sənətkardır.
Konfransın plenar iclasını
açan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev
çıxış edərək 1982-ci ildə ulu öndər
Heydər Əliyev tərəfindən Hüseyn Cavidin nəşinin
uzaq Sibirdən gətirilməsi ilə bağlı fikirlərini
bildirib, ölkə başçısı cənab İlham Əliyevin
dahi Cavidin yubileyi ilə əlaqədar sərəncamın ədəbi-tarixi
əhəmiyyətini qeyd edib. O, Cavidin romantik fəlsəfəsindən
və səmavi qəhrəman konsepsiyasından
danışıb.
Konfransda dünyanın bir çox
ölkəsindən, o cümlədən, ABŞ, Türkiyə,
Özbəkistan, Almaniya və Rusiyadan mütəxəssislər
iştirak ediblər. Plenar iclasdan sonra konfrans bölmə
iclasları ilə öz işini davam etdirib.
Azərbaycan.-2012.- 25 oktyabr.-
S.7.