Güləş üzrə açıq Respublika seçim turnirinin final mərhələsinə yekun vurulmuşdur

 

 "Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə açıq Respublika seçim turnirinin final mərhələsinə yekun vurulmuşdur.

Yarışın sonuncu günündə sərbəst güləş üzrə yeniyetmə qızlar arasında bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşmişdir. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, BelarusRusiyadan olan güləşçilər də qüvvələrini sınamışlar.

Sərbəst güləş üzrə yarışlarda Maqomedrasul Qazımaqomedov (76 kq, Rusiya), Turxan Qurbanov

(85 kq, Azərbaycan) və İqbal Hacızadə (100 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yeniyetmə qızların mübarizəsində isə Ülkər Babayeva (38 kq), Nərgiz Məcidova (40 kq), Gülcahan Hacıyeva (43 kq), Leyla Qurbanova (46 kq), Rəvanə Yusifzadə (49 kq), Leyla Orucova (52 kq), Ləman Qurbanova (56 kq), Laura Çaraşvili (60 kq, Belarus), Anita Kələntərova (65 kq) və Darya Lequşa (70 kq, Ukrayna) qızıl medal qazanmışlar.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.8.