Prezident İlham Əliyev Yeni Azərbaycan
Partiyası Saatlı rayon təşkilatının inzibati
binasının açılışında iştirak
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının
inzibati binasının açılışında iştirak
etmişdir.
Dövlətimizin
başçısı binanın rəmzi
açılışını bildirən lenti kəsdi,
burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, Azərbaycanın
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası (YAP) bu gün ölkəmizin həyatının hər
bir sahəsinin inkişafında yaxından iştirak edir,
respublikamızın tərəqqisinə mühüm töhfələr
verir. Bu gün partiyanın sıraları genişlənir,
bununla da onun fəaliyyəti keyfiyyətcə yeni mərhələyə
qədəm qoyur. Partiyanın ümumi amallar naminə göstərdiyi
uğurlu fəaliyyətdə rayon təşkilatlarının
rolu danılmazdır. Bu gün respublikamızın
bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının
inzibati binaları da müasirliyi ilə seçilir və
burada səmərəli fəaliyyət üçün hər
cür şərait yaradılır.
Bildirildi ki, YAP Saatlı rayon təşkilatının
inzibati binası orijinal layihəsi və maraqlı memarlıq
quruluşu ilə diqqəti cəlb edir. Bu bina həm də
şəhərin gözəlliyinə əlavə
çalarlar qatır. Heydər Əliyev prospektində, ulu
öndərin adını daşıyan parkda inşa edilən
binanın tikintisinə bu ilin mayında
başlanılmışdır. İkimərtəbəli
binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın foyesində
Azərbaycan xalqının ümummilli lideri, partiyanın
yaradıcısı Heydər Əliyevin büstü
qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin siyasi
fəaliyyəti, müxtəlif illərdə Saatlıya səfərləri
və rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşlərini əks etdirən fotolardan ibarət
stend yaradılmışdır. Prezident İlham Əliyevin
partiyanın tədbirləri və rayona səfərləri
zamanı çəkilən fotolar da böyük maraq
doğurur.
Binada kompyuter otağı, 50 nəfərlik
konfrans zalı vardır. Buradakı inzibati otaqlar müasir səviyyədə
qurulmuş, lazımi avadanlıqla təchiz edilmişdir.
Binanın ətrafında da geniş abadlıq və
yaşıllaşdırma işləri
aparılmışdır.
Azərbaycan Prezidenti
yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.1.