Prezident İlham Əliyev İmişlidə Heydər Əliyev
Mərkəzinin açılışında iştirak
etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Oktyabrın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İmişli rayonuna səfəri çərçivəsində
Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlət başçısı yeni
mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, ulu öndərin
adını daşıyan mərkəzin tikintisinə bu ilin
mayında başlanılmış və qısa müddətdə
yekunlaşdırılmışdır. Mərkəzin ikimərtəbəli
binası orijinal layihəsi və möhtəşəmliyi ilə
diqqəti cəlb edir. Binanın ümumi sahəsi iki min kvadratmetrdir. Ətrafda əsaslı
yenidənqurma, abadlıq və yaşıllaşdırma
işləri həyata keçirilmişdir.
Mərkəzin birinci mərtəbəsində
ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur.
Burada ulu öndərin və Prezident İlham Əliyevin
müxtəlif illərdə ölkəmizin regionlarına səfərlərini
və bölgələrdə həyata keçirilən
kompleks dövlət tədbirlərini əks etdirən
fotoguşələr yaradılmışdır. Mərkəzdə
internet kitabxana fəaliyyət göstərəcəkdir. Arzu
edənlər burada kompyuter kurslarında hərtərəfli
hazırlıq keçəcəklər. Buradakı virtual
sinif otağı informasiya-kommunikasiya texnologiyalarının
bölgələrdə də geniş tətbiqinin diqqət mərkəzində
saxlanıldığını göstərir. İmişli
rayonunda xarici dillərin öyrənilməsinə maraq
böyük olduğundan mərkəzdə xarici dil
kursları fəaliyyət göstərəcəkdir. Foto sənətinin
sirlərinə yiyələnmək üçün
buradakı fotostudiyada, eləcə də internet kafedə gənclərin
asudə vaxtlarını maraqlı keçirmələri
üçün hər cür şərait
yaradılmışdır. Mərkəzdə
vaxtaşırı müxtəlif sərgilər təşkil
olunacaqdır.
Birinci mərtəbədəki 350 yerlik
konfrans salonunda istənilən tədbirin keçirilməsi
üçün hər cür şərait vardır. İkinci
mərtəbədəki konfrans salonu isə 50 yerlikdir. Burada
kitabxana ilə yanaşı, poliqrafiya emalatxanası da
yaradılmışdır. Mərkəzdə fəaliyyət
göstərəcək 3D kino salonuna da rayonda ehtiyac var idi və
bu, çox böyük maraq
doğuran yeniliklərdəndir. Burada, həmçinin rəsm-dizayn
və xalq sənətkarlığı studiyaları, elektron
kitabxana və qızlar dərnəyi də fəaliyyət
göstərəcəkdir. Mərkəzdə 32 nəfərin
işlə təmin olunması nəzərdə
tutulmuşdur.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.5.