Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Rumıniyanın əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edildi,  ölkələrimiz arasında bir neçə il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin önəmi qeyd olundu.                    

Regional əməkdaşlığın genişləndirilməsində Azərbaycan-Rumıniya ikitərəfli əlaqələrinin rolunun xüsusi vurğulandığı görüşdə münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.7.