Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah
Gülə
Hörmətli cənab
Prezident!
Əziz
qardaşım!
Qardaş Türkiyənin milli
bayramı - Respublika Günü
münasibətilə Sizi və Sizin simanızda bütün
türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından
səmimi qəlbdən təbrik edirəm.
Bu gün
Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun
aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz
Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə
sevinir və bundan fərəh
hissi keçiririk.
Xalqlarımızın
yekdil iradəsindən qaynaqlanan
Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi
və tərəfdaşlığı qardaşlıq
duyğularımızı bariz şəkildə
təcəssüm etdirir.
İkitərəfli
əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər
ölkələrimizin tərəqqisinə, qardaş
xalqlarımızın rifahına, regionumuzda
əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən
ifadəsidir.
Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan
möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da
bütün birgə işlərimizdə
yeni uğurlara yol açacaqdır.
Hörmətli cənab
Prezident, belə bir əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, qardaş Türkiyəyə daim
sülh və çiçəklənmə
diləyirəm.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
30 oktyabr.- S.1.