Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova
Hörmətli
Qurbanqulu Məlikquliyeviç!
Türkmənistanın milli bayramı -
Müstəqillik Günü münasibətilə Sizə və
Sizin simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Əminəm ki, Azərbaycan ilə
Türkmənistan arasındakı ənənəvi dostluq
münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız
bundan sonra da öz inkişafını müvəffəqiyyətlə
davam etdirərək xalqlarımızın rifahına töhfələr
verəcəkdir.
Belə bir xoş gündə Sizə
möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
30 oktyabr.- S.8.