Yeni Azərbaycan Partiyası
(YAP) Qadınlar Şurası partiyanın yaradılmasının 20 illiyini qeyd
etmişdir
Oktyabrın 29-da Yeni Azərbaycan
Partiyası (YAP) Qadınlar Şurası partiyanın
yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir
keçirmişdir.
YAP Qadınlar Şurasının sədri
Nurlana Əliyeva partiyanın yaradılması ilə ölkədə
demokratiyanın, azadlığın
təməli qoyulduğunu bildirmişdir. YAP-ın ictimai
ehtiyacların obyektiv tələbatına verilən bir cavab
olduğunu deyən N.Əliyeva qeyd etmişdir ki, ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə partiya Azərbaycan
xalqının mənəvi potensialını üzə
çıxarmağa daxili və xarici siyasətini qurmağa
nail olmuşdur. Şura sədri qadınları cəmiyyətdə
hər zaman aparıcı bir qüvvə kimi qiymətləndirən
ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə YAP
Qadınlar Şurasının 1995-ci ildə
yaradıldığını bildirmişdir.
Milli Məclis Sədrinin müavini Bahar
Muradova YAP-ın çox çətin və ziddiyyətli bir
dövrdə yarandığını və bu yola
"Müstəqil Azərbaycan" şüarı ilə
çıxdığını bildirmişdir. B.Muradova o
çətin dövrlərdə xalqın özünə
olan inamının ümummilli lider Heydər Əliyev tərəfindən
qaytarıldığını demişdir.
YAP-ın Azərbaycanın
bugünkü bütün uğurlarına imza
atdığını vurğulayan Milli Məclis Sədrinin
müavini partiyanın ölkənin ictimai-siyasi mühitinin
avanqardı olduğunu demişdir. O, həmçinin
Qadınlar Şurasının partiyanın 20 illik fəaliyyəti
dövründə mötəbər bir təşkilata
çevrildiyini bildirmişdir. O, eyni zamanda, YAP qadın
şuralarının regionlarda yaradılmasının tarixi, bu
yolda partiyanın fəal qadın üzvlərinin üzləşdiyi
çətinliklər barədə də məlumat
vermişdir.
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova bildirmişdir ki, bu gün partiyanın üzvlərinin
48 faizi qadınlardır və bu, YAP-ın fəaliyyətində
qadınların rolunun böyük olduğunu göstərir.
Partiyanın daim yeniliklər gətirərək
Azərbaycanın daha da inkişafına nail olduğunu deyən
H.Hüseynova YAP Qadınlar Şurasının rəhbərlik
etdiyi komitə ilə daim birgə işlədiyini,
qadınların problemlərinin həlli yollarının birgə
axtarıldığını vurğulamışdır.
YAP İdarə Heyətinin üzvü,
təhsil naziri Misir Mərdanov da partiya üzvlərinin təxminən
yarısının qadınlar, onların çoxunun isə
müəllim olduğunu demişdir. M.Mərdanov partiyanın
20 illik fəaliyyətində Azərbaycan müəllimlərinin
zəhmətini xüsusi
vurğulamışdır.
Tədbirdə çıxış edən
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli
Əhmədov bildirmişdir ki, partiyanın sıralarına bu
qədər qadının qoşulması Azərbaycanda
qadınların ictimai-siyasi həyatda aktivliyinin göstəricisidir.
Ə.Əhmədov demişdir: "Bu
gün YAP Azərbaycan cəmiyyətində özünün
güclü mövqeyinə təkcə 600 minə yaxın
üzvü olduğuna görə deyil, həm də rasional,
müdrik düşüncəsinə görə sahibdir".
O, eyni zamanda, Azərbaycanın seçkili orqanlarında
qadınların sayının bundan sonra daha da artacağına
ümidvar olduğunu bildirmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.8.