Bakıda GT3 və klassik «Formula-1» yarışlarının final mərhələsi
keçirilmişdir
Oktyabrın 28-də Bakıda Azərbaycan
Gənclər və İdman Nazirliyinin və Almaniyanın "City Challenge" şirkətinin
təşkilatçılığı ilə GT3 və klassik "Formula-1"
yarışlarının final mərhələsi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə
bütün kateqoriyalar
üzrə mühərriklərin qızdırılması və
starta hazır vəziyyətə gətirilməsi
işləri görülmüş,
ardınca idman maşınları (GT)
sürücülərinin paradı olmuşdur.
İlk olaraq "Gymkhana city drift" turnirinin final mərhələsi
keçirilmişdir. Azadlıq meydanının
qarşısından başlayan
yarış Neftçilər
prospektinədək (2,1
kilometr) davam etmişdir. Turnirin qalibi "BMW M5" markalı avtomobilin sürücüsü Rohan
Van Rile (Almaniya) olmuşdur.
Sonra klassik "Formula - 1" üzrə Qran-pri yarışlarına start verilmişdir. Yarışda idmançılar
2,1 kilometrlik marşrut
üzrə 20 dəfə
dövrə vurmalı
olsalar da, 34 nömrəli bolidin yolun kənarına çırpılaraq sıradan
çıxması ilə
əlaqədar yürüş
vaxtından əvvəl
dayandırılmışdır. Əsas göstəricilərə görə
almaniyalı Malay Kanthuat
qalib gəlmişdir.
İdman
avtomobillərinin final yarışında
isə 19 maşın
iştirak etmişdir.
"Hexis" komandasının
sürücüləri Frederik
Makaveski və Stef Düsseldorf təsnifat
mərhələsinin qalibi
olduqları üçün
17 nömrəli maşınla
(McLaren) startda birinci dayanmışdılar. Paytaxt sakinlərinin
hərarətli alqışları
altında bir saat ərzində Bakı yollarında şütüyən avtomobillərin
sürücüləri 35 dəqiqədən
sonra dəyişdirilmişdir.
Turnirin qalibi yenə də "Hexis" komandası olmuşdur.
İkinci və üçüncü
yerlərin sahibləri
"Vita4one" (BMW) komandasının pilotları Matias Lauda-Frank Keçele və Yelmer Buurman- Nikolaus Mayr-Melnhof cütlükləri
olmuşdur.
Sonda qaliblərə və
mükafatçılara kuboklar
təqdim olunmuşdur.
"City Challenge" layihəsi
çərçivəsində təşkil edilmiş GT3 yarışına Avropadan
dəvət olunmuş
10 komanda qatılmışdır.
Komandaların hər biri turnirdə 2 yarış maşını ilə təmsil olunmuşdur.
Turnirdə "Porsche",
"Lamborghini" kimi məşhur
avtomobil markaları yarışmışdır.
Yarışın təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə
cavab vermişdir.
Dünyanın 65 televiziya
kanalının birbaşa yayımladığı turniri 130
milyondan çox tamaşaçı izləmişdir.
Azərbaycan.-2012.-
30 oktyabr.- S.12.