Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş nazirinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olundu, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.3.