Milli Məclisdə
görüş
Oktyabrın 30-da Milli Məclisin
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin üzvləri ölkəmizdə səfərdə
olan Avropa Şurası Baş katibinin müavini xanım
Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşlər.
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri,
AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidov Qabriela Battaini-Draqonini bu vəzifəyə
seçilməsi münasibətilə təbrik etdi. Bildirdi
ki, Azərbaycanın bu təşkilatdakı nümayəndə
heyəti o vaxt Prezident İlham Əliyevin
başçılığı ilə fəaliyyətə
başlamışdı. İndi Azərbaycan Andora və
Avstriyadan sonra bu təşkilata rəhbərlik etməyə
hazırlaşır.
Səməd Seyidov dedi ki, Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyəti həmişə
fəal olmuş, öz mövqeyini, ölkəmizin problemlərini
bu təşkilatın diqqətinə
çatdırmış və bundan sonra da
çatdıracaqdır. 2005-ci ildə bu təşkilat tərəfindən
Dağlıq Qarabağ münaqişəsinə dair qəbul
olunmuş 1416 saylı qətnamə isə hər iki tərəfin
uğurudur.
Səməd Seyidov qeyd etdi ki, Azərbaycan
Avropa Şurasının yeganə üzvüdür ki, onun 20
faiz torpağı işğal altındadır və 1 milyon vətəndaşı
yurd-yuvasından didərgin düşmüşdür. Təəssüf
ki, bu beynəlxalq təşkilatın bəzi strukturları və
bəzi nümayəndələri ölkəmizə
qarşı qərəzli mövqe nümayiş etdirirlər.
Bildirildi ki, Dağlıq Qarabağ münaqişəsi
artıq təkcə Azərbaycanın yox, həm də Avropa
Şurasının problemidir və bu təşkilatın
imicinə mənfi təsir göstərir.
Səmimi görüş
üçün təşəkkürünü bildirən
xanım Qabriela Battaini-Draqoni yenidən Azərbaycana gəlməkdən
və hər gəlişində burada bütün cəmiyyətin
inkişafının şahidi olmasından məmnunluğunu
ifadə etdi. Qonaq Azərbaycanın qonşuluq siyasətinin və
mədəniyyətlərarası dialoqun
inkişafındakı rolunu xüsusi vurğuladı. Söhbət
zamanı Avropa Şurasında
Azərbaycanla bağlı fəaliyyət planının
qəbul edilməsinin vacibliyi vurğulandı və ölkəmizdə
Avropa Şurasının Bakı ofisi ilə həyata
keçirilən layihələrin əhəmiyyətindən
danışıldı.
Görüşdə parlamentin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri,
AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin
müavini Əli Hüseynli, nümayəndə heyətinin
üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Fazil
Mustafa çıxış edərək qonağa yeni vəzifəsində
uğurlar arzuladılar.
Söhbət zamanı tərəfləri
maraqlandıran müxtəlif məsələlər ətrafında
da fikir mübadiləsi aparıldı.
Milli Məclisin Mətbuat xidməti
Azərbaycan.-2012.-
31 oktyabr.- S.3.