Fransa mətbuatında Şampan regionunda Azərbaycan günlərindən bəhs edən yazılar geniş yer almışdır

 

 Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədilə "Azərbaycan günləri" layihəsi çərçivəsində Fransanın Şampan regionunun Reims Şalon-an-Şampan şəhərlərində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" mövzusunda keçirilən sərgi konsert  bu ölkənin mətbuatında geniş yer almışdır.

Şampan regionunda gündəlik nəşr olunan nüfuzlu "L' Union" qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Reims şəhərinə gəlişi buradakı tədbirdə çıxışından ətraflı bəhs edən məqalələr dərc etmişdir. "Azərbaycanın səfir xanımı Reimsdə" sərlövhəli yazıda bildirilir ki, Qafqazın gənc müstəqil respublikasının birinci xanımı Mehriban Əliyevanın çıxışı onun ölkəsi haqqında maraqlı sərgi konsert Azərbaycan barədə az məlumatı olan reimslilərdə zəngin təəssürat yaratmışdır. Qəzet yazır ki, Azərbaycan mədəniyyəti incəsənəti ilə ilk dəfə tanış olan reimslilər bu günəşli ölkəyə maraqlarını gizlətməyərək daha ətraflı məlumat əldə etməyə çalışırdılar.

Məqalədə qeyd olunur ki, sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycanın zəngin tarixi mədəniyyətə malik ölkə olduğu barədə fransızlarda geniş təsəvvür yaratmışdır.

Qəzetin "Reims azərbaycanlıları qəbul etmişdir" sərlövhəli digər məqaləsində deyilir: "Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir".

Başqa bir yazıda isə Azərbaycan musiqiçilərinin konsertinin müvəffəqiyyətlə keçdiyi vurğulanmış qeyd edilmişdir ki, həmin konsertə maraq o qədər böyük idi ki, konservatoriyanın konsert zalı tamamilə dolmuş, hətta bəzi tamaşaçılar ayaqüstə dayanmış, yer olmadığından zala buraxılmayan yüzlərlə reimsli qapı ağzındaca qalmışlar.

Qəzetin 19 oktyabr tarixli nömrəsində dərc olunan "Mehriban Əliyeva Reimsdə Azərbaycana həsr olunan sərgi konserti təntənəli şəkildə açır" məqaləsində ölkəmiz, onun iqtisadi inkişafı, qədim tarixi, zəngin mədəniyyət mənəvi dəyərləri barədə ətraflı məlumat verilir, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkəmizdə elm, təhsil mədəniyyət sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrdən, habelə Azərbaycanın  hüdudlarından kənarda göstərdiyi humanitar yardımlardan bəhs olunmuşdur.

Qəzetin 26 oktaybr tarixli nömrəsində Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Reimsdə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" mövzusunda tədbirin böyük müvəffəqiyyətlə keçdiyi diqqətə çatdırılır. Azərbaycanın qədim bir ölkə olmasından söhbət açan müəllif bu diyarın dünya ədəbiyyatına Məhəmməd Füzuli kimi dahilər verməsi, XX əsrin əvvəllərində Şərq dünyasında ilk demokratik dövlətin Azərbaycanda qurulması, ilk dəfə qadınlara seçki hüququ verilməsi, yeraltı yerüstü sərvətlərlə zənginliyi, tolerant mədəniyyətə, ənənələrə, tarixə nəhayət, sivilizasiyaya malik ölkə olması haqda fransız oxucularına ətraflı məlumat verilir.

Musiqinin bu  gözəl ölkənin xəzinəsi olduğunu diqqətə çatdıran müəllif Şərqdə geniş yayılan muğamın Azərbaycanın ən qədim musiqi janrı olduğunu, 2003-cü ildə UNESCO-nun bəşəriyyətin şifahi qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edildiyini bildirmişdir.

Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Elmar Məmmədovun fikirlərinə istinadən qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü səyi ilə 2004-cü ildə regionların inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının  həyata keçirilməsinə, infrastrukturların inkişafına xüsusi diqqət yetirilməyə başlanmışdır.

Fransız adamlarını, səyahət həvəskarlarını Qafqazın incisi olan Azərbaycana dəvət edən səfir Elçin Əmirbəyovun vaxtilə fransız yazıçısı Aleksandr Dümanın (ata) ölkəmizə səfər etməsi, Azərbaycanın Şərq ilə Qərb arasında, qədim İpək yolunun üzərində yerləşdiyinə dair fikirləri "Azərbaycan Şalon-an-Şampanda" adlı yazıda yer almışdır.

Regionun həftəlik "Vendredi" adlı mətbu orqanında Azərbaycanla bağlı sərgi konsertin Reimsdən sonra Şalon-an-Şampanda təşkil edildiyi hər iki tədbirin  təsəvvürəgəlməz müvəffəqiyyət  qazandığı barədə ətraflı bəhs olunmuşdur. Qəzet səfirliyimizin birinci katibi Elmar Məmmədovun sözlərinə istinadən bildirir: "Zəngin neft qaz ehtiyatları olan Azərbaycanın bu sahədə Fransa ilə yaxşı əlaqələri vardır".

Qəzetdə Azərbaycan muğamı və onun tarixi  haqqında ayrıca məqalədə ətraflı söhbət açılır, Azərbaycanın eyni zamanda "Odlar yurdu" adlandırıldığı qeyd olunur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.3.