«Biz - Osmanlı
öldü - dediyimiz zaman yeni bir
Türkiyə dünyaya gəldi»
Bu sözlər
1923-cü ildə İngiltərə mətbuatında
Türkiyə əleyhinə dərc olunan
məqalələrdən birinin
başlığıdır. Yazının məzmunu
ondan ibarətdir ki, Qərb
dövlətləri ələ-ələ verərək 700 illik Osmanlını bitirmək üçün
bütün güclərini bir araya gətirmək istəyərkən
qarşılarında yeni bir
Türkiyə dövləti gördülər - güclü və qətiyyətli!
Səltənət
üsuli-idarəsinin ləğv olunması və Lozanna müqaviləsindən sonra
gündəmə gələn "Ölkənin idarə
şəkli necə olacaq" sualına
cavabı Atatürk və İsmət İnönü 29 oktyabr
1923-cü ildə Türkiyə Böyük
Millət Məclisində hazırladıqları qanun layihəsi ilə cavab
verdilər. Qanunda deyilirdi: "Hakimiyyət
qeyd-şərtsiz millətindir, idarə üsulu
xalqın öz gələcəyini birbaşa və bilavasitə müəyyən
etməsi əsasına söykənir. Türkiyə dövlətinin
hökumət şəkli Cümhuriyyətdir. Şimalda
Qara dəniz, Cənubda Adriatik
dənizi, qərbdə Mərmərə və Egey dənizlərinin sahili
olan Anadolu
yarımadasında yerləşən Türkiyə
Cümhuriyyətinin paytaxtı Ankaradır". Beləcə
Türkiyə Böyük Millət Məclisinin
qərarı ilə Osmanlı sultanlıgı ləğv edilir, yeni türk
dövləti yaranır və Atatürk gənc
dövlətin ilk Prezidenti
seçilir.
Qalib dövlətlərin sözdə öz
aralarında bölüşdürdükləri Osmanlı
torpaqlarında aparılan savaşlar onların
planlarını alt-üst etmiş,
niyyətlərini puça
çıxarmışdı. Plana görə,
türk millətinin siyasi
varlığı tamamilə Yer
üzündən silinməli, ordusu tərksilah
olunmalı, kiçik bir bölgə daxilində məskunlaşmalı
idi. Bu qaranlıq və
vahiməli günlərdə Mustafa Kamal paşa milli hakimiyyətə əsaslanan yeni bir türk
dövlətinin qurulmasından başqa nicat yolunun
olmadığını görür. O, Anadoluda hərəkata başlamaq
üçün 9-cu ordu
müfəttişi kimi 16 may
1919-cu ildə "Bandırma" gəmisi ilə İstanbuldan yola
düşərək üç gün sonra Samsuna yetişir.
1919-cu ildə
Yunanıstan imperialist dövlətlərin
hərbi gəmilərinin köməyi ilə İzmiri
işğal edərək İstanbula
doğru hərəkətə keçir. Həmin ilin mayında Şərqi və Mərkəzi
Anadoluda Mustafa Kamal paşanın liderliyi
altında Türk Milli
Azadlıq Hərəkatı başlayır. 1922-ci ilin payızına qədər ölkənin hər
yerində qanlı savaşlar davam edir, düşmən
qarşısına ətdən divar
çəkilir. 1923-cü ilin əvvəlində
Mustafa Kamal
paşanın komandanlığı altında qəhrəman türk ordusu imperialist qüvvələr üzərində
tam və qəti qələbə çalaraq işğal olunmuş bütün ərazilərini
düşmən tapdağından təmizləyir. Qara dənizdə,
Mərmərədə, Egeydə Türkiyənin gəmiləri
üzməyə başlayır. 1923-cü ilin
oktyabrında Türkiyə Böyük
Millət Məclisi dünyanın bir çox ölkələri ilə barış
və əməkdaşlıq sazişi
imzalayır, oktyabrın 13-də Cənubi Qafqaz
respublikaları ilə Qars müqaviləsi,
20-də isə Fransa ilə Ankara sazişi
bağlanır. Bu anlaşma
Fransanın məğlubiyyəti ilə dolu
Anadolu macərasını bitirdi.
Böyük Atatürkün
və qəhrəman türk
xalqının qanı ilə yazılan tarixi
gün yetişdi.
1923-cü il oktyabrın 29-da yeni Türkiyə Cümhuriyyəti dünyaya elan edildi. Böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi
türkiyənin çoxəsirlik tarixində dönüş
nöqtəsi oldu, ölkənin milli dirçəlişi üçün
əlverişli şərait yarandı. Hakimiyyətə gəlmiş
yeni dövlətin qarşısında
ölkəni inkişaf etmiş
qabaqcıl dövlətlər səviyyəsinə
qaldırmaq, siyasi, iqtisadi
və mədəni həyatında mövcud
olan orta əsr geriliyini ləğv etmək kimi
mühüm vəzifələr dururdu. Bu dəfə
sıra savaşın deyil,
yaratdıqları dövləti dişi-dırnağı ilə
qurmağın, inkişaf etdirməyin
sırası idi.
Eyni soy-kökə, dilə, mədəniyyətə,
milli-mənəvi dəyərlərə malik
olan iki qardaş xalq - Türkiyə
ilə Azərbaycan arasında münasibətlər hələ
dövlətlərarası hüquqa
söykənmədiyi çağlardan
yaranmış, bir-birinə arxa-kömək olmuşdular. XX əsrin əvvəllərində
iki qardaş xalq arasında hər bir
sahənin, o cümlədən siyasi-hərbi
əməkdaşlığın təməli qoyulmuşdu.
Vaxtilə İstanbulda nəşr olunan "Səbilür-Rəşad" məcmuəsində
Hacı Zeynalabdin Tağıyevin rəhbərliyi
ilə hazırlanmış bəyanat belə başlayır:
"Dindaşlar! Bilin
və agah olun, ki, yeganə ümidimiz
Türkiyənin istiqlal və tərəqqisindədir".
1918-ci
ildə beynəlxalq təzyiqlərə baxmayaraq,
Azərbaycanı bolşevik-daşnak
istilasından qurtarmaq üçün
Türkiyənin hərbi naziri Ənvər
paşanın səyi ilə yaradılan və kiçik
qardaşı Nuru paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı
parçalanmadan xilas etmiş, paytaxt Bakı işğaldan azad olunmuşdu. Bu döyüşlərdə azərbaycanlılarla
bərabər 1140 türk əsgəri
şəhid olmuşdu. SSRİ-nin süqutundan
və Azərbaycan müstəqilliyinə qovuşduqdan
sonra qəhrəman şəhidlərin məzarları
tapıldı, üstü götürüldü
və ziyarətgaha çevrildi. Ölkəmizin
hansı bölgəsinə getsən, orada
qəhrəman türk şəhidlərinin
məzarı ilə rastlaşarsan, məkanları
cənnət olsun, nur
içində yatsınlar.
Türkiyənin
qarşısında duran əsas vəzifələrdən
biri Cənubi Qafqazda ən
böyük dövlət olan
dost və qardaş Azərbaycanla
siyasi və iqtisadi
münasibətləri getdikcə daha da yaxınlaşdırmaq və inkişaf etdirmək idi. Bu münasibətlər 70 ildən sonra yenidən ulu öndər
Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu
ilə əbədiyyətə yol
aldı. Azərbaycan Prezidenti İlham Əliyev
çıxışlarının birində "Bizim Türkiyə kimi dostumuz vardır. Türkiyə böyük
ərazidir, böyük iqtisadiyyatdır, böyük nəqliyyat imkanlarına malikdir. Bütün bu səyləri biz
birləşdiririk və artıq əməkdaşlığımızın
çox böyük
nəticələri vardır. Əminəm ki,
yaradılmış möhkəm zəmin üzərində
növbəti illərdə biz gözəl
binalar tikəcəyik, dostluğumuzun,
qardaşlığımızın binalarını.
Qardaşlığımızın qədim tarixi
və böyük gələcəyi
vardır. Ona görə də
düşünürəm ki, bir millətin iki diasporu olmaz" ifadəsi
isə iki qardaş
xalqın birliyinin ən gözəl ifadəsidir.
Azərbaycanla bağlı hər hansı bir
sənədin BMT, Avropa Şurası, ATƏT
və digər nüfuzlu təşkilatlar
çərçivəsində müzakirə zamanı
ölkəmiz ilk olaraq
qardaş Türkiyənin dəstəyini hiss edir. Bakı da hər zaman Ankaraya eyni sevgini
nümayiş etdirib. Azərbaycanın müstəqilliyi ilə yenidən
bərpa olunan dostluq və
qardaşlıq münasibətləri hər bir
sahədə genişlənir. 2010-cu ilin əvvəllərində
Azərbaycan ilə Türkiyə arasında "Strateji Tərəfdaşlıq və
Qarşılıqlı Yardım Müqaviləsi" təsdiqləndi.
Dövlətlərararsı əməkdaşlığın
yüksək səviyyəyə
çatdırılmasını nəzərdə tutan həmin sazişdə hərbi məsələlər,
müdafiə sənayesi prioritet istiqamət
təşkil edir. Olduqca
əhəmiyyətli razılaşma hesab
edilən bu müqavilədə siyasi, iqtisadi, ticarət, mədəni
və elmi sahələrdə də əlaqələrin
gücləndirilməsi nəzərdə tutulur.
Türkiyə Dağlıq Qarabağ probleminin dinc və sülh yolu ilə həllində
də aktiv mövqeyini
davam etdirir, məqamı
gəldikcə ən yüksək kürsülərdən
dünyanı bu ədalətsizliyə son qoymağa səsləyir.
İki qardaş
xalqı bir-birindən ayrılmaz tellərlə bağlayan iri layihələrin
reallaşdırılması davam edir. Bu günlərdə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP)
layihəsinin reallaşdırılması haqqında Layihə
Şirkətində təşkilati məsələlərlə
bağlı ilkin razılaşmanı Azərbaycanın
sənaye və energetika naziri
Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar
naziri Taner
Yıldız, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev
və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzaladılar. Türkiyə hökuməti ilə Trans-Anadolu
Qaz Boru Kəməri
Şirkəti arasında "Ev sahibi hökuməti" müqaviləsi"ni
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti
adından ARDNŞ-nin prezidenti
Rövnəq Abdullayev imzaladılar. İki ölkə arasında əsas hökumətlərarası
müqaviləni isə Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. O bildirdi ki, imzalanan müqavilə Türkiyənin qardaş dövlət tərəfindən enerji ilə təmin olunmasına, Ankaranın
Şərq-Qərb Enerji Dəhlizində güclü söz sahibinə
çevrilməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mövqeyinin güclənməsinə
xidmət edəcək. Azərbaycan Prezidenti
İlham Əliyev isə öz
növbəsində digər layihələr kimi
bu mühüm layihənin
də təməlində iki ölkə
arasında dostluq və qardaşlıq
münasibətlərinin dayandığını deyir: "TANAP layihəsi Türkiyə və
Azərbaycanın maliyyə və texniki
imkanları hesabına reallaşacaq. Beş il müddətinə
başa çatması nəzərdə tutulan TANAP-ın tikintisinin
layihə dəyəri 7 milyard
dollardır. Bu, dostluğun
və qardaşlığın örnəyidir. Azərbaycan ilə
Türkiyə arasındaki münasibətlərin dünyada örnəyi yoxdur".
Göründüyü kimi, münasibətlərimiz
getdikcə doğmalaşır, bütövləşir. Azərbaycan
və Türkiyə bundan sonra
da region üçün, dünya
üçün böyük
əhəmiyyət kəsb edəcək layihələri birgə
icra edəcək, əl-ələ,
çiyin-çiyinə sonsuzadək
çalışacaqdır.
Rəsmiyyə
RZALI
Azərbaycan.-2012.- 31 oktyabr.-
S.6.