Azərbaycan Prezidenti
İlham Əliyev Bakının Səbail
rayonundakı 49 nömrəli «İntellekt»
məktəb-liseyin və Yasamal
rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı
təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə
tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də
Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin
binalarının əsaslı təmir və yenidənqurma
işlərindən sonrakı vəziyyəti ilə
tanış olmuşdur.
Paytaxtın
orta ümumtəhsil məktəblərinin
əsaslı təmiri və yenidən qurulması işləri
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqram üzrə Bakı şəhərində
məktəblərin əsaslı təmir və bərpa
işləri davam etdirilir.
Təmir işləri ilə yanaşı,
ehtiyacı olan mövcud
məktəblər üçün əlavə
sinif otaqlarının, yeni
tədris korpuslarının, idman və akt zallarının, yeməkxana
binalarının inşası və lazımi avadanlıqla təchiz
edilməsi də həyata keçirilir.
Prezident İlham Əliyev
əvvəlcə Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyində həyata
keçirilən əsaslı təmir və yenidənqurma
işləri ilə tanış oldu.
Dövlət
başçısı məktəbin təmirdən əvvəlki
və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Dövlət Proqramına uyğun olaraq məktəbin
təmirinə 2012-ci ilin mayında
başlanılıb. Ümumi sahəsi
5700 kvadratmetr olan
üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər,
sanitariya qovşaqları tam
təmir edilmiş, üç
kompyuter sinfi yaradılmış, təhsil
ocağının həyətində 1500 kvadratmetr
sahəyə asfalt örtüyü
döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnmiş,
pilləkən və tutacaqlar yenilənmiş,
foyeyə tamet daşlar
düzülmüş, bütün
elektrik və kommunikasiya
xətləri dəyişdirilmişdir. Məktəbin
foyesində və sinif otaqlarında ümummilli lider Heydər Əliyevin,
Prezident İlham Əliyevin
fotoları və milli dövlət
atributları asılmışdır.
Dövlət
başçısı sinif otaqlarında
yaradılan şəraitlə yaxından tanış oldu.
Ətraf ərazilərdə
əhalinin sayının artması ilə əlaqədar tələbat
nəzərə alınaraq məktəbdə 36 əlavə sinif otağından ibarət 660 şagird yerlik
üçmərtəbəli yeni tədris
korpusu da inşa olunmuşdur.
Prezident İlham Əliyev
yeni korpusda
yaradılan şəraitlə də
tanış oldu. Bildirildi
ki, yeni korpusda tikinti işləri
müasir standartlara uyğun olaraq yüksək
keyfiyyətlə aparılmışdır. Yeni
korpusdakı sinif otaqlarında da təhsil üçün
müasir şərait
yaradılmışdır. Korpusun
mansardında ibtidai sinif
şagirdləri üçün idman və internet şəbəkəsinə
qoşulmuş müasir
kompyuter zalları fəaliyyət göstərəcəkdir.
Kompyuter zalı şagirdlərin informatika sahəsində
biliklərinin artırılması üçün
digər vəsaitlərlə də təmin olunmuşdur.
Məktəbin həyəti və ətraf ərazi
abadlaşdırılmış, yaşıllaşdırma
işləri görülmüşdür.
Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir
istilik avadanlığı ilə təchiz
olunmuşdur. Tədris korpusunun
istiliklə təminatı tam həll edilmiş, su, işıq
və kanalizasiya xətləri çəkilmiş,
məktəbin içməli su ilə tam təchizatı üçün
müvafiq işlər görülmüşdür.
* * *
Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal
rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı
təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti
ilə tanış oldu.
Dövlət
başçısı burada da məktəbin təmirdən əvvəlki
və yenidənqurma işlərindən sonrakı vəziyyətini
əks etdirən fotostendə baxdı.
Görülən
işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki
binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar
7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə
920 şagird təhsil alır, 85 müəllim
pedaqoji fəaliyyətlə məşğul
olur.
Dövlət
Proqramına uyğun olaraq
21 nömrəli tam orta
məktəbin əsaslı təmiri və şagird
sıxlığının aradan
qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi
yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif
otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri
və laboratoriyalar müasir
avadanlıq və informasiya-kommunikasiya
texnologiyaları ilə tam təmin edilmişdir.
Prezident İlham Əliyev
məktəbin ayrı-ayrı sinif
otaqlarında, kabinetlərdə və laboratoriyalarda
yaradılan şəraitlə yaxından tanış oldu.
Təhsil
ocağının girişi və
hasarı yenidən qurulmuş, döşəmə,
tavan, qapı və pəncərələr
ən müasir və keyfiyyətli inşaat materialları ilə işlənmişdir.
Ərazi abadlaşdırılmış, 1339 kvadratmetr
sahədə yeni yaşıllıq
zolaqları salınmış, 1000 kvadratmetr
sahəyə asfalt örtüyü,
1000 kvadratmetr
sahəyə isə tamet döşənmişdir.
Sanitariya qovşaqları, enerji,
istilik, su sistemləri
tamamilə yenidən qurulmuşdur. Məktəbin
həyətində içməli su və
yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin
tutumu 100 ton olan su anbarları tikilmişdir. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun
büstü bərpa olunmuş,
təhsil ocağının girişində onun
guşəsi yaradılmışdır. Hazırda məktəbin
əlavə tədris korpusunun, idman və iclas
zalının, yeməkxananın, emalatxananın tikintisi, idman
meydançasının yaradılması ilə bağlı
işlər davam etdirilir.
Görülən
işlərlə tanış olan dövlət
başçısı müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2012.-6
sentyabr.-S.1.