London Yay Olimpiya
Oyunları bir daha sübut etdi ki, Azərbaycan, sözün
əsl mənasında, idman dövlətidir
Azərbaycan Prezidenti İlham Əliyev
XXX London Yay Olimpiya Oyunlarında iştirak
etmiş idmançılarla görüşmüşdür
Xəbər
verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Respublikasının
Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev
XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş
idmançılarla və onların məşqçiləri
ilə görüşmüşdür.
Görüşə
toplaşanlar Azərbaycan Prezidentini və ailə üzvlərini
hərarətlə qarşıladılar.
Ölkəmizdə
idmanın, Olimpiya hərəkatının inkişafına
göstərilən diqqət və qayğıdan,
idmançılarımızın Olimpiya Oyunlarında
qazandıqları qələbələrdən bəhs edən
film nümayiş olundu.
Dövlət
başçısı görüşdə nitq söylədi.
Azərbaycan.-
2012.- 2 sentyabr.- S.1.