Vyetnam Sosialist Respublikasının
Prezidenti zati-aliləri cənab Çıonq Tan Şanqa
Hörmətli
cənab Prezident!
Vyetnam
Sosialist Respublikasının milli bayramı - Müstəqillik
Günü münasibətilə Sizi və bütün
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm
ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı, mövcud əlaqələrimizin daha da
genişləndirilməsi yolunda səylərimiz daim
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq
və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 16 avqust 2012-ci il
Azərbaycan.- 2012.- 2 sentyabr.- S.1.