Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab İvan Qaşparoviçə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 1 sentyabr.- S.1.