Özbəkistan
Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç!
Dost Özbəkistanın milli bayramı
- Müstəqillik günü münasibətilə Sizə və
Sizin simanızda bütün xalqınıza şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimizi yetirirəm.
Bu gün Özbəkistan müstəqillik
yollarında inamla irəliləyərək dövlətçiliyin
möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi
yüksəlişi istiqamətində böyük uğurlar
qazanır, dünya birliyinin nüfuzlu üzvü kimi
tanınır.
Əminəm ki, xalqlarımızın
iradəsinə uyğun olaraq Azərbaycan-Özbəkistan
dostluğu ənənələrinin daim qorunub saxlanması,
dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi,
qarşılıqlı maraq, dəstək və etimada əsaslanan
əməkdaşlığımızın dərinləşdirilməsi
sahəsində səylərimizi bundan sonra da ardıcıl
şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə
Sizə, hörmətli İslam Abduqəniyeviç, möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Özbəkistan xalqına sülh və rifah
arzulayıram.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 13 avqust 2012-ci il
Azərbaycan.-
2012.- 1 sentyabr.- S.1.