Yevlaxda inkişaf dönməz xarakter alıb

 

Yevlaxı son illərdə tanımaq olmur. Prezident İlham Əliyevin xüsusi qayğı və diqqətindən güc alan yevlaxlılar hər həftə, hər ay rayonun sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən uğurlara imza atırlar. Yevlaxın 8 il əvvəl başlayan intibahı bu güninamla davam etdirilir.

Dövlət başçısının tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edən yevlaxlılar yüksəliş yollarında inamla irəliləyir, qazandıqları böyük nailiyyətlərlə ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər. Düzgün seçilən yol, etibarlı təməl üzərində qurulan möhtəşəm inkişaf layihələri Yevlaxın üzünə işıqlı sabahlar açır. Böyük uzaqgörənliklə Yevlaxda müasir tələblərə cavab verən, Avropa standartlarına uyğun fabrikzavodlar qurulub, minlərlə yeni yeri açılıb. İndi Yevlaxa parklar, xiyabanlar, fəvvarələr şəhəri də deyirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park bu gün yevlaxlıların ən sevimli istirahət yeridir. Dədə Qorqud, Səməd Vurğun, Türk-Azərbaycan dostluğu parkları Yevlaxın hüsnünə vurulan gözəl naxışlardır. Yayın isti günlərində şəhər sakinləri oynaq ləpələri ilə Yevlaxın günlərinə nəğmələr oxuyan ana Kürün sahilinə daha çox üz tuturlar. Axşamlar Kürün sahili çox sərin olur. Burada özgə büsat yaradılıb. Böyük bir ərazidə bulvar tikilir. Yüksək zövqlə, milli memarlıq üslubunda aparılan inşaat işləri göz oxşayır. Bulvarın böyük bir hissəsi artıq istifadəyə hazırdır. Yayın isti günlərində axşamlar burada çox qələbəlik olur. Kimi çay içir, kimi dondurma yeyir, kimi də qayıqla nəğməkar Kürün ayna sularında gəzintiyə çıxır. Dalğa-dalğa ətrafa yayılan milli musiqi sədaları isə göz oxşayan, könül açan bu mənzərəni çox gözəl bir şəkildə tamamlayır.

Dövlət başçısının davamlı qayğısı isə Yevlaxda genişmiqyaslı quruculuq işlərinin ahəngdarlıqla davam etdirilməsinə güclü stimul verir. Dönməz xarakter almış inkişaf, tərəqqi Yevlaxın simasını gündən-günə dəyişdirib gözəlləşdirməkdədir. Dəyişən, yeniləşən isə təkcə gecələri gündüzündən seçilməyən abad küçələr, parkxiyabanlar, yeni yaradılmış istehsalemal müəssisələri deyil. Yevlaxlıların həyat tərzi də sürətlə dəyişir, adamların dolanışığı aydan-aya yaxşılaşır. Əlbəttə, bu, halal zəhməti, mənalı əməyi ilə sözün həqiqi mənasında xariqələr yaradan hər bir yevlaxlının təbii haqqıdır.

2012-ci ilin altı ayında qazanılmış nəticələr müzakirə olunanda fərəh doğuran rəqəmlər Yevlaxın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqlədi. Cari ilin altı ayında ümumdaxili məhsulun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 17 milyon manat artmış, yaxud 10,2 faiz çox olmuşdur. Sahibkarlığa yaradılan əlverişli şəraitin konkret göstəricisidir ki, ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.

Sənaye müəssisələrinin sayı sürətlə artan Yevlaxda aqrar sahənin inkişafına da xüsusi fikir verilir. Dövlətin artan qayğısı rayonun kənd əməkçilərini yeni nailiyyətlərə ruhlandırır. Bu il 8948 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 395 min manat subsidya hesablanmışdır. Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 672 ton mineral gübrə satılmışdır. Dövlət qayğısından güc alan Yevlax kəndlisi bu il 51,264 ton taxıl istehsal etmişdir. Bu, əvvəlki illə müqayisədə 8,821 ton çoxdur. Bu ilin altı ayında keçən ildəki ilə müqayisədə 31 ton ət, 334 ton süd, 46 min ədəd yumurta çox istehsal olunmuşdur.

Yevlax Şəhər İcra Hakimiyyətinin başcısı Qoca Səmədov bizimlə söhbətində dinamik xarakter alan yüksəlişi belə xarakterizə etdi:

- Regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramında nəzərdə tutulan vəzifələr ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlaxda da uğurla yerinə yetirilməkdədir. Dövlətimizin artan iqtisadi gücü regionlarda böyük həcmli infrastruktur layihələrinin icrasına geniş imkanlar açır. İndi dərin minnətdarlıq hissi ilə deyə bilərik ki, dövlət qayğısı nəticəsində Yevlaxda əhalinin suya, təbii qaza, elektrik enerjisinə olan ehtiyacı yüksək səviyyədə ödənilir. Yeni yerlərinin açılması sayəsində də böyük irəliləyişlər var. Ən başlıcası isə ona nail olmağa çalışırıq ki, rayon əhalisi zəruri qayğı ilə əhatə olunduğunu aydın şəkildə hiss etsin. Bu, dövlət başçısının bizdən ən ciddi tələbidir. Adamların hər bir müraciətinə həssas yanaşılır, onların şikayətləri, təklif və tələbləri diqqətlə dinlənilir. Bu sahədə səyyar qəbullara daha çox üstünlük veririk. Həyata keçrilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, yuxarı dövlət qurumlarına rayondan yazılan ərizə və şikayətlərin sayı aydan-aya nəzərəçarpacaq dərəcədə azalır. Bir sözlə, bizim başlıca hədəfimiz insan amilidir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 2 sentyabr.- S.5.