Azərbaycan Prezidenti İlham Əliyev
Avropa İttifaqının enerji məsələləri
üzrə komissarını qəbul etmişdir
Sentyabrın 2-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Avropa
İttifaqının enerji məsələləri üzrə
komissarı Günter Ottingerin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Günter Ottinger Avropa
Komissiyasının sədri Xose Manuel Barrozunun
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Avropa İttifaqı Şurasının
prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini
xatırladan dövlətimizin başçısı Azərbaycan
ilə Avropa İttifaqı arasında əlaqələrin
müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu
ifadə etdi.
Görüşdə Azərbaycanın
Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı,
"Cənub" dəhlizi və ölkəmiz ilə Avropa
İttifaqı arasında qarşılıqlı faydalı əlaqələrin
daha da genişləndirilməsi məsələləri ətrafında
fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Xose Manuel
Barrozunun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-
2012.- 4 sentyabr.- S.2.