DİPLOMATİK ŞAPALAQ

 

BAŞ REDAKTORDAN

 

Çoxdandır milyonlarla insan eyni zamanda belə ürəkdən sevinməmişdi!

Çoxdandır Azərbaycan xalqı kütləvi şəkildə bir-birini belə təbrik etməmişdi!

Çoxdandır ana və bacılarımız eşitdikləri xəbərdən belə kövrəlib ağlamamışdılar!

İndi hamı bir nəfər kimi sevinir, kövrəlir, göz yaşlarını cilovlamır!

İndi hamı bir-birini təbrik edir, göz aydınlığı verir!

XALQIMIZA BU SEVİNCİ, BU QÜRURU DÖVLƏT BAŞÇISI CƏNAB İLHAM ƏLİYEV VERDİ!

Səkkiz il bundan öncə Macarıstanda qısamüddətli kursa gedən Azərbaycan zabiti Ramil Səfərov erməni zabiti tərəfindən bayrağımıza göstərilən həqarətli münasibəti bağışlamamışdı! Əsəblərini və hisslərini cilovlaya bilməyən zabitimiz düşmən ölkənin azğınlaşmış nümayəndəsinə əl qaldıraraq onu birdəfəlik yerində oturtmuşdu!

O zaman hamımız bu hadisəni dərin təəssüflə qarşıladıq. Amma heç kəsin əli heç yana çatmırdı...

Ermənilər isə baş verənlərdən öz xislətlərinə uyğun şəkildə, məkrli məqsədlərlə istifadəyə başladılar. Onlar Azərbaycan xalqını "amansızlıqda" ittiham etməyə (elə bil Xocalı soyqırımını erməni vandalları yox, biz törətmişik), azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyünü yenidən gündəmə gətirməyə başladılar!

Dünya erməniliyi böyük hay-küy yaradaraq iki nəfər arasında baş verən davanı "beynəlxalq miqyaslı" siyasi şouya çevirdi.

Məcburi köçkün ailəsində böyüyən, qaçqın həyatının bütün məşəqqətlərini yaşayaraq özünə zabit peşəsi seçən və həyatını Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasına həsr edən Ramil Səfərova qədərindən qat-qat ağır cəza verildi!

Vətənpərvər zabitin əsas günahı Xocalı, Meşəli, Cəmilli, Qaradağlı, Kərkicahan, Bağanis-Ayrım soyqırımlarını törədən, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan düşmən ölkənin zabitinin həqarətli hərəkətinə dözməməsi idi!

Bir nəfəri öldürdüyünə görə Ramil Səfərova ömürlük həbs cəzası kəsildi!

Müqayisə üçün deyək ki, 77 nəfər dinc insanı - qadın və uşaqları terror yolu ilə qətlə yetirən Norveç vətəndaşı Breyvikə cəmi 21 il həbs cəzası verilib.

Bir nəfər və yetmiş yeddi nəfər!

Bayrağının şərəfini qoruyan zabitə və insanları kütləvi şəkildə qətlə yetirən terrorçuya verilən cəzalar arasındakı "ədalət tərəzisi" necə də əyri və ədalətsiz görünür!

Biz haqqı, ədaləti, düzlüyü və halallığı sevən xalqıq!

Biz düşmənlərimizin də "kişi adam" olmasını istəyirik!

Biz insanlardakı mərdliyi, kişi hərəkətlərini və prinsipiallığı yüksək dəyərləndiririk!

PREZİDENTİMİZ, ALİ BAŞ KOMANDANIMIZ DA ƏSL AZƏRBAYCAN KİŞİSİDİR!

Adı böyük hərflərlə yazılan KİŞİ!

Həm xalqına, dövlətinə sahib çıxandır, həm verdiyi hər bir sözə əməl edəndir, həm də çətin duruma düşən vətəndaşının qayğısına qalandır!

Belə dövlət başçısı ilə kim fəxr etməz!

Seçkilər ərəfəsində "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" - demişdi!

Dedioldu!

Verdiyi bütün vədləri şərəflə yerinə yetirdi!

"Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir" - demişdi.

Yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı Dövlət Proqramı qəbul edildi. Görülən işlər nəticəsində ölkədə yoxsulluq 49 faizdən 5,4 faizə endirildi.

"Azərbaycan hərtərəfli inkişaf edəcək" - demişdi.

Ölkə başdan-başa yeniləşib, təzədən tikilib qurulub, tək paytaxt Bakı yox, regionlar görünməmiş sürətlə inkişaf edib!

"Azərbaycanın enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi təmin olunacaq" - demişdi.

Artıq Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib. Dünyaya neft, qaz, elektrik enerjisi ixrac edir! Nəqliyyat və ərzaq baxımından da təhlükəsizliyimiz təmin edilib.

"Bir nəfər də çadırda yaşayan məcburi köşkün qalmayacaq"- demişdi.

Çadır şəhərcikləri, vaqon evlər çoxdan ləğv olunub. Müasir qəsəbələr, yaşayış massivləri salınaraq məcburi köçkünlər məskunlaşdırılır. Növbəti ildə bu proses tam başa çatacaqdır!

"Azərbaycanı müasir, modern dövlətə çevirəcəyik" - demişdi.

 Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. "Eurovision" müsabiqəsində qalib gələrək ona ev sahibliyi etdi. XXX London Yay Olimpiya Oyunlarında on medal qazandı!

Dövlət başçısı böyük beynəlxalq siyasi nüfuzu, prinsipiallığı, vətənpərvərliyi və qayğıkeşliyi ilə sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının, hətta xarici dövlətin həbsxanasında cəza çəkən Azərbaycan vətəndaşının da sahibi, taleyi və həyatı üçün narahatlıq hissi keçirən Prezidentdir!

EŞQ OLSUN BELƏ PREZİDENTƏ VƏ ALİ BAŞ KOMANDANA!

Zabitimizin ekstradisiya edilərək azadlığa çıxarılmasında ona mənəvi dayaq durmaqla beynəlxalq miqyasda müdafiəsini təşkil edən Heydər Əliyev Fondununonun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti ən yüksək qiymətə və tərifə layiqdir!

Bu, dövlət başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının dünya erməniliyi üzərində növbəti qələbəsidir!

Bu qələbənin təməli Prezidentimizin müəllifi olduğu "hücum diplomatiyası" konsepsiyası ilə qoyulub.

Bu qələbəyə ruh verən cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu, ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi, Cənubi Qafqazın lideri dövlətinə çevrilməsidir!

Burada bir prinsipial məqam da vardı!

AŞ PA-dakı çıxışda Qarabağdakı hərbi əməliyyatlarda iştirak edərək dinc sakinlərin qırğınında əlinin qana batmasından fəxrlə danışan Robert Köçəryan;

Xocalı soyqırımının təşkilatçılarından ən fəal iştirakçılarından olan Serj Sarkisyan;

Körpə uşaqların qətlində iştirakını etiraf edən Zori Balayan digərləri azadlıqda gəzib öz xalqlarının istismarı hesabına şelləndikləri bir vaxtda Azərbaycan zabiti tərbiyəsiz erməni dığasına görə məhbəsdə çürüməli deyildi!

Belə haqsızlığa yol vermək olmazdı!

AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV BU ƏDALƏTSİZLİYİ BÖYÜK MÜDRİKLİKLƏ ARADAN QALDIRDI!

Ramil Səfərov Azərbaycana azad insan kimi qədəm qoydu: Təyyarə limanında sərhədi keçən kimi Azərbaycan Respublikası Prezidentinin onu ömürlük həbs cəzasından azad etməsi barədə sərəncamı səsləndirildi Azərbaycan vətəndaşının pasportu təqdim olundu!

Prezidentimiz eyni prinsipiallıq qətiyyətlə ermənilərə böyük zərbə vuran hərbçilərimiz Mübariz İbrahimovun Fərid Əhmədovun cənazələrinin ölkəmizə qaytarılmasına ( murdar xislətlilər meyitdən qisas almağa çalışırdılar) nail oldu! Hər iki gənc ölümlərindən sonra yüksək dövlət mükafatları ilə təltif edilərək hörmət-izzətlə dəfn edildi!

Bu diplomatik zərbədən ermənilər çaxnaşmaya düşərək yasa batıblar!

Ermənistan prezidenti başını itirərək dalbadal iclaslar çağırır!

Azərbaycana biabırcasına məğlub olmuş Ermənistan prezidentinin xarici işlər nazirinin istefası tələb olunur!

Hələ bu harasıdır!

Dünya erməniliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevdən çox "sürprizlər" görəcəklər!

Azərbaycan diplomatik sahədə xeyli güclənib!

Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib!

Azərbaycan hərbi nöqteyi-nəzərdən Ermənistandan dəfələrlə yüksəklərə qalxıb!

Azərbaycan düşünülmüş, hər cəhətdən ölçülüb-biçilmiş, xırda məqamına qədər hesablanmış addımlar atır!

Azərbaycan "diplomatik şapalaqlar" ustasına çevrilib!

Bu gün Azərbaycanı bütün sahələrdə uğurlara qovuşduran onun Prezidenti, Ali Baş Komandanı, Azərbaycan xalqının bütün Türk dünyasının sevimlisi cənab İlham Əliyevdir!

XALQINI SEVİNDİRƏN SEVİMLİ PREZİDENT!

P.S. Deyirlər Serj Sarkisyandan sonra Ramil Səfərovun azadlığa çıxmasını

ABŞ-da eşidən bir nəfər özünü pis hiss edib!

Hələ Fransada, başqa yerlərdə özlərini pis hiss edənlər olacaq!

Görəsən bunlar necə demokratiya insan azadlığının tərəfdarlarıdırlar

ki, bir nəfər qanunun aliliyi prinsipi pozulmadan azadlığa çıxanda özlərini

pis hiss edirlər?!

Məsələn, özləri terrorçuları həbsdən buraxanda (onlardan biri - Monte

Melkomyan əməllərinin əvəzi olaraq cəzalandırılanda bundan sonra

Fransa vətəndaşına Ermənistanın milli qəhrəmanı adını verib heykəl

qoyanda) özünü pis hiss edən olmadı!

Həftə səkkiz mən doqquz qondarma "siyasi məhbus" siyahısı tərtib edərək

filankəsi azadlığa buraxın deyənlər indi niyə azadlığa çıxanın daşını ağır

hesab edirlər?!

Sərhəd bölgəsində yaşayan günahsız azərbaycanlı uşaqlarını erməni snayperləri hədəfə çevirib işıqlı dünyadan məhrum edəndə heç özünü pis hiss edənlərin səsi çıxmırdı!

Bu gün Azərbaycanın işğal altındakı torpaqlarının narkobitkilərin becərilmə plantasiyalarına çevrilməsi, bir milyon Azərbaycan vətəndaşının iyirmi ildir məşəqqətli məcburi köçkün həyatı yaşaması hələ heç kimi ürəkdən narahat etməyib!

Azərbaycan isə 11 sentyabr terrorundan narahat oldu, Əfqanıstanda müharibənin uzanmasından, günahsız insanların qırılmasından bu gün narahatdır! Həmin narahatlığı terrorizmə qarşı mübarizəyə verdiyi dəstəklə, sülhyaradan qüvvələrə fəzasını açıb, müharibə bölgəsinə sülhməramlı qüvvələrini göndərməklə ifadə edir.

Heç çörəyimizin duzu yoxmuş!

"Eurovision" yarışmasında da kim gəldisə, çörəyimizi mətbəximizi təriflədi.

Amma qayıdanların bir qismi mətbuatda nankorluq etdi.

Deyir sən öz yolunla get, qoy kim deyirsə desin!

Azərbaycan bildiyi, milli maraqlarına uyğun gələn yolla gedir!

Narahat olan isə özü bilsin!

 

 

Azərbaycan.- 2012.- 4 sentyabr.- S.4.