Prezidentə təşəkkürlər
gəlməkdə davam edir
Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Prezident
İlham Əliyev tərəfindən dərhal
əfv olunması ilə bağlı Azərbaycan
Respublikasının vətəndaşları Prezidentin
rəsmi saytına təşəkkür məktubları
göndərməkdə davam edirlər (httr://www.rresident.az/letters/received/).
Öz sevinclərini paylaşan, vətəndaş mövqelərini
ifadə edən vətəndaşlar Azərbaycan dövlətinin
gücü və qüdrəti ilə fəxr
edirlər. Ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu
inkişaf strategiyası Azərbaycan
dövlətini beynəlxalq sistemin nüfuzlu aktorlarından birinə çevirmiş, onun yeritdiyi
xarici siyasəti milli maraqlar çərçivəsində uğurla həyata keçirməyə imkan vermişdir. Əlbəttə,
maddi elementlər güc
amilinin əsas bazasını təşkil
edirsə, mənəvi elementlər, o
cümlədən səmərəli dövlət idarəçiliyi,
xalqın mənafeyi naminə lazımi anda
qətiyyətli qərarların verilməsi onun
üst qurumudur. Bu iki amil
bir-biri ilə o qədər
sıx bağlıdır ki, biri olmadan digəri təklikdə
heç bir nəticə
verə bilməz. Sadəcə gücün
olması kifayət deyil, ondan
istifadə bacarığı həlledici xüsusiyyət
daşıyır. Məhz bu iki amilin vəhdəti Azərbaycanda
gedən son hadisələri izah edir, xalqın Prezident ətrafında birləşməsini təmin
edir. Ramil Səfərov
ilə bağlı verilən qərar artıq Azərbaycanda güclü dövlətin və möhkəm
iradəli rəhbərliyin olmasının bariz
təsdiqidir. Günay Tağıyeva Prezident saytına yazır ki,
"Biz Gəncə gəncləri
adından Sizə dərin minnətdarlığımızı
bildirir və təşəkkür edirik. Çox sevinirik ki, Ramil
Səfərovu Azərbaycana ekstradisiya olunan kimi azadlığa qovuşdurdunuz. Biz gənclər
həmişə çalışacağıq ki, Prezidentimizin ətrafında
sıx birləşək".
Prezident İlham
Əliyev hər zaman Azərbaycan
xalqının mənafeyinə uyğun hərəkət
etmiş, onun
çağırışlarına daim xüsusi diqqət və həssaslıqla
yanaşmışdır. Ramil Azərbaycan
xalqının övladıdır və əsas amalı öz torpağını təcavüzkar qonşulardan azad edib qorumaqdır. Dövlətin ona himayə durması, xalqda
ruh yüksəkliyi yaratmışdır.
Vətəndaş Əsmər
Məmmədova yazır ki, "Bu gün mən gözəl
xəbəri eşitdim və çox sevindim. Ramil Səfərovla fəxr etməyə dəyər.
İnanıram ki, Ramil
kimi qeyrətli oğullarımız çoxdur. Mənim də iki
qardaşım var. Hər ikisi
həqiqi hərbi xidmətdə olmuş
və Vətən qarşısında borclarının müəyyən
hissəsini yerinə yetirmişlər. Prezidentimiz
cənab İlham Əliyevə böyük minnətdarlığımı
bildirirəm və Ramil kimi
oğullarımızın qarşısında baş
əyirəm. Fəxr edirəm ki, Azərbaycanımızın
Prezident İlham Əliyev
kimi mərd, qeyrətli oğulları
vardır". Anaxanım
Tağıyeva yazır: "Ramil Səfərovu
Azərbaycana qaytardığınız üçün
Sizə minnətdarlığımı bildirirəm". Rövşən Teymurzadə öz fikirlərini belə ifadə edir: "Mən 132-134 saylı Təhsil
Kompleksində 11-ci sinifdə oxuyuram. Bu məktubu yazmaqda məqsədim
Ramil Səfərovu əfv etdiyinizə
görə Sizə öz minnətdarlığımı
bildirməkdir". Bu siyahını uzatmaq olar, lakin
əsas odur ki, ifadə
edilən fikirlər vətəndaşların özlərinə
və dövlətlərinə inam və
etibarlarının artmasının təzahürüdür. Vətəndaş
Zaur Adıgözəlov qeyd edir ki,
"Möhkəm lider arxasında möhkəm,
əzmli xalq dayanar.
İnanın ki, xalqımızın mənəvi
möhkəmliyinə çox böyük təsiriniz dəymişdir".
Ramil Səfərovun azad edilməsi erməniləri dərindən
sarsıdıb, erməni diasporunun
haqsız fəaliyyətinin heç bir nəticə vermədiyini bir
daha sübut etdi. Birincisi, qeyd etmək lazımdır ki, Ramil Səfərov erməni
təcavüzünün qurbanıdır, cəzalandırılan
Ramil deyil, əlləri
Malıbəylidə, Qaradağlı, Xocalıda
günahsız azərbaycanlı uşaqların,
qadınların, qocaların qanına batmış erməni təcavüzkarlarıdır.
İkincisi, Ramil Səfərovun
məhkəmə prosesində ədalətli məhkəmə
prinsipi pozulmuşdur. Üçüncüsü, ekstradisiya
beynəlxalq qanunvericiliyə və öhdəliklərə uyğun olaraq həyata keçirilmişdir. Dördüncüsü,
Ramil Səfərovun əfv edilməsi Azərbaycan
Respublikası Prezidentinin xüsusi
səlahiyyətinə aid bir
məsələdir. Prezident İlham Əliyevin humanist
siyasəti, vətəndaşların qayğısına
qalması, onların mənafeyini qoruması Ramil
Səfərovun taleyinə onu biganə qoya bilməzdi. Bu qərar
Azərbaycan dövlətini qələbəyə aparan yolda atılan mühüm bir
addımdır. Bu amilləri nəzərdə
tutan Ziya
Gülmalıyev Prezidentə müraciətlə
yazmışdır: "Siz həmişə
öz şəxsiyyətinizi əməlinizlə
təsdiq etməyi bacarmısınız".
AzərTAc
Azərbaycan.-
2012.- 4 sentyabr.- S.4.