T.Ə.Abdullayevin Azərbaycan
Respublikasının Qətər Dövlətində fövqəladə və
səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Tofiq Əlövsət oğlu Abdullayev
Azərbaycan Respublikasının Qətər Dövlətində
fövqəladə və səlahiyyətli səfiri təyin
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 1.