T.İ.Əliyevin Azərbaycan
Respublikasının Mərakeş Krallığında fövqəladə və
səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Tarik İsmayıl oğlu Əliyev Azərbaycan
Respublikasının Mərakeş Krallığında
fövqəladə və səlahiyyətli səfiri təyin
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 sentyabr 2012-ci il
Azərbaycan.-
2012.- 6 sentyabr.- S. 1.