T.Ə.Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı
Krallığında, Oman
Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn
Krallığında fövqəladə və səlahiyyətli
səfiri və İslam Əməkdaşlıq
Təşkilatı yanında daimi
nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə
Ərəbistanı Krallığında, Oman
Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn
Krallığında fövqəladə və səlahiyyətli
səfiri və İslam Əməkdaşlıq
Təşkilatı yanında daimi
nümayəndəsi vəzifələrindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2012-ci il
Azərbaycan.-
2012.- 6 sentyabr.- S.2.