E.N.Səlimovun Azərbaycan
Respublikasının Qətər Dövlətində fövqəladə və
səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Eldar Nadir oğlu Səlimov Azərbaycan
Respublikasının Qətər Dövlətində fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 2.