Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli sərəncamına əlavə edilmiş «Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı»nda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128 nömrəli sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 720; 2008, ¹ 6, maddə 554, ¹ 8, maddələr 715, 733; 2010, ¹ 7, maddə 610) əlavə edilmiş "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı"nın "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə" bölməsində "Aşağı Ayıblı" sözləri "Əyyublu" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

Azərbaycan.-2012.- 6 sentyabr.- S. 2.