Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli
fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi haqqında Əsasnamə»də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun
tarixli 518 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli
fərmanı ilə təsdiq edilmiş "Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası"na
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli
518 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə
440, № 9, maddə 674; 2005, № 6,
maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə
659; 2007, № 6, maddə 615, № 9,
maddə 869, № 10, maddə 947, №
11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5,
maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə
185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə
791) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 3.1.12-1-ci və 3.1.12-2-ci
yarımbəndlər əlavə
edilsin:
"3.1.12-1. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair monitorinqlər
aparılmasında iştirak edir;
3.1.12-2. Nazirliyin qanun əsasında
müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, uşaq
hüquqlarının təmin edilməsi vəziyyətinə
dair illik hesabat hazırlayır;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
18 iyul.- S. 2.