«Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının strukturunun təkmilləşdirilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər
tutaraq qərara
alıram:
"Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının strukturunun təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹6, maddə 510, ¹7, maddə
631; 2007, ¹5, maddələr 501, 519, ¹6, maddə
660, ¹8, maddə 843, ¹12, maddə 1287; 2010, ¹2, maddə 80, ¹4, maddə
345; 2011, ¹10, maddə 935, ¹12, maddə 1155)
aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə "388" rəqəmləri
"393" rəqəmləri ilə əvəz edilsin;
2.
həmin sərəncamla təsdiq edilmiş
"Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının strukturu"nun "Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş
şöbəsi" hissəsində "Dəftərxana (sektor hüququnda)" bəndindən
sonra aşağıdakı məzmunda bənd
əlavə edilsin:
"Elektron sənəd dövriyyəsinin təşkili
sektoru
Ştat vahidi - 5".
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri,
4 sentyabr
2012-ci
il
Azərbaycan.-
2012.- 5 sentyabr.-S.1.