Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli
fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli
392 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli
626 nömrəli fərmanı ilə təsdiq edilmiş "Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası"na
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli
392 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4,
maddə 324, ¹ 10, maddə 849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə
715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə
83, ¹ 10, maddə 851; 2011, ¹ 2, maddə 85) ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.5-1-ci və 8.5-2-ci
yarımbəndlər əlavə edilsin:
"8.5-1. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair monitorinqlər
aparılmasında iştirak etmək;
8.5-2. Nazirliyin qanun əsasında
müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, uşaq
hüquqlarının təmin edilməsi vəziyyətinə
dair illik hesabat hazırlamaq;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il
Azərbaycan.-
2012.- 6 sentyabr.- S. 2.