Prezident İlham Əliyev İsrailin
Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də
İsrail Dövlətinin ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Rafael Harpazın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Sonra səfir Rafael Harpaz etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Daha sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Səfir Rafael Harpaz İsrail Dövlətinin Prezidenti Şimon Peresin
salamlarını Prezident
İlham Əliyevə
çatdırdı.
Görüşdə Azərbaycan ilə
İsrail arasında ikitərəfli münasibətlərin
səviyyəsinin razılıq
doğurduğu vurğulandı,
münasibətlərimizin gələcək
inkişafına dair məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlət başçısı
Prezident Şimon
Peresin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İsrail Dövlətinin başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 2.