Azərbaycan
Prezidenti İlham Əliyev ABŞ-ın Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və
Avrasiya altkomitəsinin sədrinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 4-də ABŞ-ın
Nümayəndələr Palatasının Xarici Əlaqələr
Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan
Börtonun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Altkomitənin sədri Dan Börton
paytaxtımızda gedən sürətli inkişaf proseslərindən
məmnunluğunu ifadə etdi. Dan Börton Azərbaycanın regionda
mühüm bir dövlət olduğunu vurğulayaraq
ABŞ-ın ölkəmizlə əməkdaşlığın
genişləndirilməsinə böyük əhəmiyyət
verdiyini dedi.
Dövlətimizin
başçısı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin yüksək səviyyədə
olduğunu vurğuladı, əlaqələrimizin daha da
möhkəmləndirilməsində qanunverici orqanlar
arasında əməkdaşlığın önəmini qeyd
etdi.
Görüşdə
enerji, təhlükəsizlik, Beynəlxalq
Sülhməramlı missiyanın tərkibində Azərbaycan
sülhməramlılarının uğurlu
iştirakı və əməkdaşlığımızın
bir sıra digər sahələri ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin
daha da genişlənəcəyinə
əminlik ifadə olundu.
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan.-
2012.- 5 sentyabr.- S.2.