"Gömrük
nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar
olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya
onların nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük
ekspertizasının aparılması üçün
alınan gömrük
yığımlarının miqdarı"nın təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 190 Bakı şəhəri, 5
sentyabr 2012-ci il
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 28.5-ci
bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Gömrük nəzarəti və
rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin,
mallar barəsində səlahiyyəti olan şəxslərin
və ya onların nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılması üçün alınan gömrük
yığımlarının miqdarı" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar dərc edildiyi gündən
30 (otuz) gün sonra qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 4.