Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının nümayəndələri Milli Mədəniyyətlər
Festivalında iştirak etmişlər
Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) Kaluqa bölməsinin
nümayəndələri Kaluqa Şəhəri Gününə
həsr olunmuş Milli Mədəniyyətlər
Festivalında iştirak etmişlər.
RAGT İdarə Heyətinin üzvü
Emin Hacıyev AzərTAc-a bildirmişdir ki, Azərbaycan gəncləri
Kaluqa Mərkəzi Mədəniyyət və İstirahət
Parkında keçirilmiş bayrama fəal
qatılmışlar. Milli geyimlərdə Azərbaycan xalq rəqslərini
ifa edən RAGT-ın nümayəndələri mədəniyyətimizi
uğurla təmsil etmişlər. Gənclər təşkilatının
nümayəndələrinin təşkil etdikləri ölkəmizin
zəngin mədəniyyətinə və tarixinə həsr
olunmuş "Azərbaycan" sərgisi maraq
doğurmuşdur.
E.Hacıyev əlavə etmişdir ki,
RAGT-ın Kaluqa bölməsinin əlaqələndiricisi Ramin
Rəcəbov tədbirdə çıxış edərək
toplaşanları bayram münasibəti ilə təbrik
etmişdir. O, kaluqalılara doğma şəhərlərinin
çiçəklənməsi naminə birgə
çalışmağı arzulamışdır.
E.Hacıyev demişdir: "RAGT regional
bölmələrinin ümumrusiya tədbirlərində
iştirakı təşkilatımızın gənclərin
cəmiyyətə inteqrasiyasının dərinləşməsi
və möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin
və incəsənətinin təbliğinə yönəldilmiş
ideologiyasının tərkib hissəsidir.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 5.