Qiraətxanadan elektron
kitabxanayadək
Daş kitabələrdən bugünədək keçilmiş
inkişaf yollarında mədəniyyətin,
onun da bir
sahəsini təşkil edən kitabxanaların rolu danılmazdır. Minilliklərin
yadigarlarının sonrakı nəsillərə
çatdırılmasında şifahi xalq ədəbiyyatı ilə yanaşı,
yazılı nümunələrin (Avestadan
başlamış) mühüm əhəmiyyət
kəsb etməsi barədə elmi və ədəbi
ictimaiyyətdə kifayət edəcək qədər faktlar var. Kitabı yalnız bilik
mənbəyi hesab edənlər bəlkə
də yanılıblar. Kitab eyni zamanda bir
çox funksiya
daşıyır ki, onlardan
biri də günümüzün
reallıqlarının bədii və sənədli formada əks etdirməsidir.
Respublikamızın mədəni xidmət təşkilatları
arasında kitabxanaların rolu olduqca böyükdür. Müxtəlif inkişaf dövrü keçmiş kitabxanaların mərkəzləşdirilməsi
onların fəaliyyətinin günün
tələbləri səviyyəsində qurulması
baxımından mühüm bir mərhələ sayılırdı.
Artıq həmin proses də arxada qalıb. İllərdir ki,
MKS-lər ayrı-ayrı kitabxana və
onların filiallarının fəaliyyətini tənzimləyir
və xidmət mədəniyyətinin keyfiyyətini
yaxşılaşdırır.
Belə kitabxanalardan biri də Kəlbəcər Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin nəzdindəki Mərkəzi Kitabxana Sistemidir ki, erməni vandalizminin
qurbanlarından birinə çevrilsə də, yenidən öz fəaliyyətini bərpa edərək
oxucularını qismən də olsa, öz ətrafına toplaya
bilib. Kəlbəcər MKS-nin fəaliyyətə
başlaması 1976-cı ilə təsadüf edir.
Bundan əvvəl isə kitabxana
qiraətxana adı ilə, təqribən 1947-ci ildən fəaliyyət
göstərib.
İşğaldan əvvəl 119 kitabxana
filialı olan Kəlbəcər Mərkəzi
Kitabxana Sistemində 265 nəfər
kitabxanaçı, 220000 kitab fondu, mərkəzi,
uşaq, gənclər, şəhər, qəsəbə
və 57 kənd kitabxana binası olub. Həmin kitabxanalarda çalışanların 26 nəfəri
ali, 15-i orta ixtisas, digərləri isə orta
təhsilli idi. Bir avtomobil isə səyyar kitabxana
kimi xidmət edirdi. Həmin dövrün sənədlərinin bu gün əlimizdə olmamasına baxmayaraq, deyə bilərik ki,
oxucuların sayı istəniləndən artıq olub. 1993-cü il aprel ayının 2-də Kəlbəcər
Ermənistan tərəfindən işğal
olunduğundan, kitabxanaya
aid bütün sənədlər,
o
cümlədən avadanlıqlar və dəyərli kitablar da məhv edildi. 1993-cü
ilin aprel ayından sonra Kəlbəcərin əhalisi
respublikanın müxtəlif
rayonlarında məskunlaşdı. Gəncə şəhərinin
Gülüstan qəsəbəsində Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasının yataqxana, tədris və inzibati
kompleksində rayon mərkəzi kimi qərargah yaradıldı. Həmin qərargahda
rayonun idarə və təşkilatları,
o cümlədən mədəniyyət
müəssisələri də yararsız otaqlara
yerləşdirildi.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin köməyi ilə heç bir nüsxə
kitabı belə olmayan Mərkəzi Kitabxana Sisteminə inventar
və avadanlıqlar
alındı. Sonra rayon
mədəniyyət şöbəsinin və respublikanın
digər mədəniyyət müəssisələrinin
köməyi hesabına toplanmış avadanlıq və alınmış kitablarla MKS bir daha qaydaya salınaraq fəaliyyətini
genişləndirməyə başladı. Mədəniyyət
evinin, incəsənət məktəbinin
və MKS-in yerləşdiyi otaqlar əsaslı
şəkildə təmir olundu. Prezident Administrasiyası, Mədəniyyət
və Turizm Nazirliyinin
əvəzsiz olaraq verdiyi,
Kitab Kollektorundan
alınan kitablar hesabına hazırda MKS-in 36450 nüsxə kitab
fondu, 2984 nəfər oxucusu,
22300 kitab verilişi var. Kitabxanaya əvəzsiz
olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
2 dəst kompyuter
də verilib. Bunun
da hesabına burada elektron
kitabxananın formalaşması işi
aparılır.
MKS-də cəmi
25 nəfər çalışır, qalan
kitabxana və filiallar
faktiki olaraq, fəaliyyətlərini
davam etdirə bilmədiklərindən,
onların işçiləri orta
aylıq əməkhaqqı (kompensasiya) alırlar.
MKS qəzet və jurnallar
alır, dövri mətbuatı müntəzəm
izləyir, oradakı yeniliklərlə oxucuları
tanış etməyə çalışır. Kitabxanada latın qrafikası ilə nəşr
olunmuş kitabların sayı 8450 nüsxədir
ki, onlardan 3747-si Prezident Administrasiyası tərəfindən hədiyyə
edilib.
Mərkəzi kitabxanada keçirilən
mədəni-kütləvi tədbirlər əsasən
müstəqil Azərbaycanımızın dünəni və
bugününə, həmçinin ulu öndər Heydər Əliyevin
siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin
məkrli düşməndən
torpaqlarımızın azad edilməsi uğrunda
apardığı mübarızəyə həsr edilir. Kəlbəcərli
yazarların Vətən, ana,
yurd, torpaq mövzulu yaradıcılıq nümunələrinin
təbliği də keçirilən tədbirlərin
sırasındadır. Çalışırıq ki,
düşmən əsarətində qalan
torpaqlarımızın tarixi, coğrafiyası, əsrarəngiz
təbiəti, mədəniyyəti və bütünlüklə
sərvətləri barədə oxuculara dolğun məlumat
verək. Xidmət mədəniyyətini
yaxşılaşdırmaq bizim vəzifə borcumuzdur.
Sədiqə
QULUYEVA,
Kəlbəcər
MKS-nin direktoru
Azərbaycan.-2012.-
6 sentyabr.- S. 7.