ASALA erməni terror təşkilatı Azərbaycan
diplomatlarını və xarici ölkələrdəki azərbaycanlıları
ölümlə hədələyir
Ermənistan və erməni diasporu Ramil
Səfərovun Azərbaycana verilməsi və əfv
olunması ilə əlaqədar süni ajiotaj yaratmağa və
beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə
davam edir. Ermənistan hökumətinin
qızışdırıcı, aqressiv mövqeyindən
ruhlanan erməni terror təşkilatları Azərbaycanın
xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını
hədəfə götürməklə hədələyirlər.
Məlum olduğu kimi, uzun illərdir Qərbdə
və bir sıra Şərq ölkələrində kök
salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış,
çoxsaylı insan tələfatına səbəb olan
aksiyalar həyata keçirmiş və öz
missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə
fəaliyyətini davam etdirmişlər. Ötən əsrin
70-80-ci illərində bütün dünyada türk
diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına
qarşı törədilmiş çoxsaylı terror
aktları bu təşkilatların bədxah əməlinin nəticəsidir.
Sentyabrın 3-də Azərbaycanın
Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından
daxil olmuş sənəddə Azərbaycan diplomatları,
xaricdə təhsil alan azərbaycanlı tələbələr,
iş adamları, diaspor təşkilatlarının fəalları
hədəf kimi göstərilir və onların qətlə
yetiriləcəyi bildirilir.
XXI əsrdə beynəlxalq terrorizmə
qarşı fəal mübarizə aparan dünya birliyi erməni
terroru təhlükəsinə daha ciddi yanaşmalı,
yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin
təkrarlanmasına yol verməməlidir.
ASALA terror təşkilatından Azərbaycanın
Macarıstanda və bir sıra digər ölkələrdəki
səfirliklərinə daxil olmuş məktubun mətnini AzərTAc
təqdim edir.
"Azəri və türk qatillər!
Ramil Səfərov adlı bir qatili sərbəst
buraxaraq ermənilərə qarşı zəfər
qazandığınızı zənn edirsiniz,
yanılırsınız.
Erməni xalqı tarixin hər dönəmindən
böyük acılardan keçmiş, ancaq hər zaman var
olmağı bacarmışdır. Ermənistanı qərbdə
Türkiyə, şərqdə Azərbaycan və müttəfiqləri
olan sionistlər bir əhatəyə almışlar.
Ermənistana qarşı
yürütdüyünüz siyasi, iqtisadi, əsgəri
basqı daim fiasko ilə sonuclanmışdır. Bizim
müqavimətimiz, şərəf və əzmimiz sayəsində,
əhalimizin kiçik olmasına rəğmən, daim sizin
pantürkist, erməni xalqını yoxetmə səylərinizi
boşa çıxartmışdır.
Türk qatillərin keçən
yüzilliyin sonunda həyata keçirtdikləri - türklərə
yaraşan və 600 min erməninin qətli ilə nəticələnən
soyqırımı bu gün də ermənilərin
yaddaşında yaşayır. Biz bu soyqırımın
intiqamını bu gün PKK-nın silahlı əməliyyatlarına
dəstək və direktiv verərək artıqlaması ilə
almaqdayıq.
Hər gün türk leşlərinin
sayını yüksəltməkdəyik, o vaxta qədər
ki, ölmüş türklərin sayı 40 min deyil, 600 minə
çatacaqdır.
Sizin qanlı, barbar, qonşu xalqlara
qarşı olan sayğısızlığınız, nifrət
və təcavüzkarlığınız, sizə 3 dəfə
çox nifrət və intiqamla geri dönəcəkdir.
Sizi axıtdığınız məsum
insanların qanında boğacağıq.
Xocalıda qətl etdiyimiz azəri
leşləri hələ də iylənərkən,
Qarabağ sərhədində azəri əsgərlərinin
leşlərinin sayını artırmaqdayıq.
Diqqət, sizə bu mesajı göndəririk.
Çox yaxında bütün azəri
diplomatik nümayəndəliyinin əməkdaşları bu
günə qədər tətbiq etmədiyimiz bir üsulla
öldürüləcəkdir.
Rəşad Səfərov - cəzan
ölüm!
Eldar Əliyev - cəzan ölüm!
Anar İmanov - cəzan ölüm!
Lalə Səfərova - cəzan
ölüm!
Hüseyn Cəfərov - cəzan
ölüm!
Vüqar Əliyev - cəzan ölüm!
Gülnarə Məmmədova - cəzan
ölüm!"
Azərbaycan.-
2012.- 5 sentyabr.- S.3.