Azərbaycan Prezidenti
İlham Əliyev Litva
Respublikasının daxili işlər nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
6-da Litva Respublikasının daxili işlər naziri Arturas
Melianasın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Azərbaycana səfərindən məmnunluğunu
bildirən nazir Arturas Melianas ölkələrimizin müvafiq
qurumları arasında əməkdaşlığın
genişləndirilməsi ilə bağlı məsələlərin
müzakirəsi baxımından səfərin əhəmiyyətini
qeyd etdi. O, səfəri çərçivəsində
təmsil etdiyi qurumla Azərbaycanın Daxili İşlər və
Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığa
dair imzalanacaq müqavilənin əhəmiyyətini vurğuladı.
Dövlət başçısı
ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə
genişləndirilməsi üçün yaxşı
perspektivin olduğunu dedi. Prezident İlham Əliyev təbii fəlakətlər
zamanı ölkələrarası əlaqələndirmənin
və qarşılıqlı yardımın əhəmiyyətini
vurğuladı. Azərbaycanda Fövqəladə Hallar
Nazirliyinin güclü maddi-texniki bazaya, müasir texnika və
infrastruktura malik olduğunu deyən dövlətimizin
başçısı bu sahədə
qarşılıqlı təcrübə mübadiləsi
aparılmasının önəmini qeyd etdi.
AzərTAc
Azərbaycan.-2012.-
7 sentyabr.- S.1.