Azərbaycan Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etmişdir.

Dövlət başçısı paytaxtdaregionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğuladı. Prezident İlham Əliyev Taleb Rifainin Azərbaycana səfərinin Dünya Turizm Təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycana üçüncü dəfə səfər etməsini məmnunluqla qeyd edən baş katib Taleb Rifai hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. O, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğuladı. Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən götürülmüş sitatların dərc olunduğu prezidentlərin və dövlət başçılarının fikirlərindən ibarət qızıl kitabı dövlət başçısına təqdim etdi.

Kitabda  Azərbaycanın Dünya Turizm Təşkilatının "Qızıl Kitab" hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 7 sentyabr.- S. 1.