Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli
444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"ni
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası"na uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli
444 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8,
maddə 670; 2007, ¹ 3, maddə 233, ¹ 5, maddə 455, ¹ 8, maddə
768, ¹ 11, maddələr 1094, 1105; 2008, ¹ 5, maddə 373, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2012, ¹ 5, maddə 420)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.1-1-ci, 8.12-1-ci, 8.12-2-ci və
8.12-3-cü yarımbəndlər əlavə edilsin:
"8.1-1. uşaq hüquqlarını müdafiə etmək;";
"8.12-1. Komitənin
qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq, uşaq hüquqlarının təmin
olunmasına dövlət nəzarətini həyata keçirmək;
8.12-2. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair aidiyyəti
dövlət orqanlarının illik
hesabatları əsasında, həmin vəziyyətə dair ölkə üzrə illik
hesabat hazırlamaq;
8.12-3. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair monitorinqlər
aparılmasında iştirak etmək;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-7
sentyabr.- S. 1.