«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 721; 2001, ¹ 12, maddə 755; 2009, ¹ 8, maddə 624, ¹ 12, maddə 985) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1.  "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun 5.6-cı, 7.2-ci, 7.4-cü, 7.5-ci, 8.2-ci, 8.4-cü, 9.2-ci, 9.6-cı, 10.2-ci, 10.3-cü, 11-1.1-ci, 11-1.3-cü, 11-1.4-cü, 12.1-ci, 12.3-cü, 12.3.1-ci və 13-1.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2.  həmin qanunun 7.4.1-ci, 7.5.1-ci, 7.5.4-cü, 8.4.1-ci, 9.6.1-ci, 9.8-ci, 10.3.1-ci, 10.3.3-cü, 11-1.3.1-ci 11-1.3.2-ci, 11-1.4.1-ci və 11-1.4.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla) nəzərdə tutulur;

2.3.  həmin qanunun 7.4.2-ci, 7.5.2-ci, 8.4.2-ci, 9.6.2-ci və 10.3.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi" dedikdə yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri nəzərdə tutulur;

2.4. həmin qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci, 12.3.2-ci və 13.3-cü maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur.";

1.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

"3. Şəhər rayonu inzibati ərazi vahidi hüdudlarında olan ərazi vahidlərinə və sahə inzibati ərazi dairələrinə münasibətdə "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun 7.4.1-ci, 7.5.1-ci, 7.5.4-cü, 8.4.1-ci, 9.6.1-ci, 10.3.1-ci, 10.3.3-cü, 11-1.3.1-ci  və 11-1.4.1-ci maddələrində nəzərdə tutulmuş qərarlar və sənədlər müvafiq şəhər rayonu icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla qəbul və tərtib edilir.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun 7.4.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 7 sentyabr.- S. 2.