Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə

 

 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

 Əlavə 1

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə

 

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Dövlət Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında "ASAN xidmət" mərkəzlərinin (bundan sonra - mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Dövlət Agentliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu əsasnaməni rəhbər tutur.

1.3. Dövlət Agentliyi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Dövlət Agentliyi öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəffaflıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur.

1.5. Dövlət Agentliyi müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplarablanklara malikdir.

1.6. Dövlət Agentliyinin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Dövlət Agentliyi Bakı şəhərində yerləşir.

 

2. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri

2.1. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. mərkəzlərin vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir;

2.1.2. mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;

2.1.3. mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir;

2.1.4. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;

2.1.5. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin edir;

2.1.6. dövlət orqanları tərəfindən xidmətlərin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparır;

2.1.7. dövlət orqanları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirir.

 

3. Dövlət Agentliyinin vəzifələri

3.1. Dövlət Agentliyi bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. mərkəzlərin fəaliyyətinin təşkilini, onların vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

3.1.2. mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti təmin etmək;

3.1.3. mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələr aparmaq;

3.1.4. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirmək;

3.1.5. nəzarət və qiymətləndirmənin nəticələri barədə müvafiq arayış və hesabatlar hazırlamaq, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq orqanlara icrası məcburi olan tövsiyələr təqdim etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

3.1.6. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin etmək;

3.1.7. vətəndaşlara xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş "Çağrı" mərkəzini yaratmaqonun fəaliyyətini təmin etmək;

3.1.8. mərkəzlərin fəaliyyəti barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı təmin etmək;

3.1.9. beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq;

3.1.10. dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədi ilə aşağıdakıları həyata keçirir:

3.1.10.1. dövlət orqanlarının malik olduqları informasiya sistemləri ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti orqanlarla birgə tədbirlər görmək;

3.1.10.2. elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

3.1.10.3. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;

3.1.10.4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərmək;

3.1.10.5. dövlət orqanlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək aidiyyəti dövlət orqanlarına məlumat göndərmək;

3.1.11. informasiya sistemləri, məlumat bazaları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;

3.1.12. dövlət orqanlarının informasiya sistemlərinin, elektron xidmətlərin və elektron xidmətlər reyestrinin yaradılması və onların fəaliyyətinin təhlükəsizliyi ilə bağlı tədbirlər görmək;

3.1.13. dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsi prosedurunun (tələb olunan sənədlər və müddətlərlə bağlı) sadələşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;

3.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaları həmin saytda yerləşdirmək və onun daimi yeniləşdirilməsini təmin etmək;

3.1.15. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və müvafiq tədbirlər görmək;

3.1.16. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaqqanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.17. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;

3.1.18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.20. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.21. qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək.

 

4. Agentliyin hüquqları

4.1. Dövlət Agentliyi öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. mərkəzlərdə həyata keçirilən xidmətlərin qiymətləndirilməsi məqsədi ilə hər bir xidmət üzrə monitorinq aparmaq;

4.1.2. mərkəzlərdə fəaliyyət göstərəcək dövlət orqanları nümayəndələrinin təyinatı zamanı onların nəzakətlilik, məsuliyyət, ünsiyyət qurmaq və izah etmə bacarıqlarına dair aidiyyəti orqanlara rəy bildirmək və barəsində müsbət rəy bildirilməyən şəxslərin həmin mərkəzlərdə fəaliyyətinə icazə verməmək;

4.1.3. dövlət orqanlarının malik olduqları informasiya sistemlərinə çıxış əldə etmək, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədi ilə həmin orqanların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

4.1.4. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

4.1.5. vəzifələrinin icrası zamanı dövlət orqanlarından elektron xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışlar, hesabatlar almaq, müxtəlif sorğular göndərmək, həmçinin bilavasitə yerində baxış keçirmək;

4.1.6. dövlət orqanlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;

4.1.7. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;

4.1.8. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının təkliflərini toplamaq, onları  təhlil etmək və rəy vermək;

4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.10. layihələrin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar təkliflər vermək, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada müsabiqə və tenderlər təşkil etmək;

4.1.11. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün elmi tədqiqat və təcrübi-mühəndis işlərinin görülməsi, texniki ekspertizaların aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada elmi-tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, onlarla müqavilələr bağlamaq, işçi qruplar, komissiyalar, elmi-texniki şura yaratmaq;

4.1.12. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq;

4.1.13. dövlət və yerli özünüidarəetmə orqanlarına, fizikihüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.14. müvafiq sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.15. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfranssimpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.16. qanunla nəzərdə tutulmuş hallarda müsabiqə keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək.

 

5. Dövlət Agentliyinin fəaliyyətinin təşkili

5.1. Dövlət Agentliyinin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Dövlət Agentliyinin vahid sistemini təşkil edir. Dövlət Agentliyi öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Dövlət Agentliyinin strukturu və işçilərinin say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

5.3. Dövlət Agentliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədr Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının Prezidenti qarşısında hesabatlıdır.

5.4. Dövlət Agentliyinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavinimüavini vardır. Sədrin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirbunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Dövlət Agentliyinin sədri:

5.5.1. Dövlət Agentliyinin fəaliyyətini təşkil edirona rəhbərlik edir;

5.5.2. Dövlət Agentliyinin işçilərini (sədrin müavinləri istisna olmaqla) vəzifələrə təyin və vəzifələrdən azad edir;

5.5.3. Dövlət Agentliyinin aparatının strukturunu müəyyən edir, struktur bölmələrinin və tabeliyində olan digər qurumların əsasnamələrinin təsdiqi barədə, həmçinin bu əsasnamənin 5.8-ci bəndində Dövlət Agentliyinin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Dövlət Agentliyinin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.5. Dövlət Agentliyinin işçilərinin qanunla nəzərdə tutulmuş qaydada həvəsləndirməsi və intizam tədbirlərinə cəlb edilməsi üçün tədbirlər görür;

5.5.6. mərkəzlərin yaradılması barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;

5.5.7. icrası məcburi olan əmr və sərəncamlar verir;

5.5.8. Dövlət Agentliyinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.9. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Dövlət Agentliyinin aparatının və digər qurumlarının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.5.10. Dövlət Agentliyinin xərclər smetasına uyğun olaraq, xərc maddələri üzrə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə sərəncam verir;

5.5.11. Dövlət Agentliyinin bu əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə dair qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.12. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı dövlət orqanlarına müvafiq arayışlar və məlumatlar təqdim edir;

5.5.13. işçilərin attestasiyası, ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

5.5.14. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Dövlət Agentliyini təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.15. Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.16. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.5.17. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında, müəyyən olunmuş qaydada Dövlət Agentliyinin tabeliyində olan digər qurumların yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;

5.5.18. dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini Dövlət Agentliyinin tabeliyində olan digər qurumlar arasında bölüşdürür, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla Dövlət Agentliyinin və mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.19. bu əsasnamə ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsini təmin edir;

5.5.20. Dövlət Agentliyinin sədri vəzifələrinin müvəqqəti olaraq icrasını birinci müavininə tapşıra bilər.

5.6. Dövlət Agentliyində sədrdən (kollegiyanın sədri), onun müavinlərindən, Dövlət Agentliyinin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Dövlət Agentliyinin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.7. Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

5.8. Kollegiyanın iclaslarında Dövlət Agentliyinin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə olunur, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar qəbul edilir.

5.9. Dövlət Agentliyinin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.9.1. Dövlət Agentliyi ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.9.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidentiya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Dövlət Agentliyinə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.9.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.9.4. müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.9.5. sədrin təşəbbüsü ilə Dövlət Agentliyinin kollegiyasının müzakirəsinə çıxarılan, bu əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.9.6. bu əsasnamənin 5.9.1-5.9.5-ci yarımbəndlərinə uyğun olaraq Dövlət Agentliyinin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.

5.10. Dövlət Agentliyinin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Dövlət Agentliyinin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Dövlət Agentliyinin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.11. Kollegiyanın qaydasını sədr müəyyənləşdirir və iclasları sədr tərəfindən mütəmadi olaraq çağırılır.

5.12. Dövlət Agentliyinin kollegiyasının üzvləri və sədr arasında fikir ayrılığı yarandığı hallarda sədr bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir. Dövlət Agentliyinin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

5.13. Dövlət Agentliyinin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

 

 

Azərbaycan.-2012.- 7 sentyabr.- S. 6.