Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
1. Korrupsiyaya qarşı mübarizə
üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
1.1 Hüquqi tənzimləmənin təsirinin
qiymətləndirilməsi (RİA) qaydalarının müəyyən
edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi -
2013-cü il
1.2 Normativ hüquqi aktların layihələrinin
antikorrupsiya ekspertizasından keçirilməsi
qaydalarının hazırlanması
İcra: Nazirlər Kabineti, Ədliyyə
Nazirliyi - 2013-cü il
2. Ərizə
və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
2.1 Azərbaycan Respublikasının
Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən
"161 - qaynar xətt" əlaqə mərkəzinin texniki
və insan resursu imkanlarının genişləndirilməsi,
mərkəzə daxil olmuş məlumatlarla əlaqədar
operativ tədbirlər görülməsinin təmin edilməsi,
daxil olmuş müraciətlərlə bağlı statistik və
analitik məlumatların dərc edilməsi
İcra: Baş Prokurorluq - 2012-2015-ci illər
2.2 Dövlət orqanları tərəfindən
qaynar xətlərin təşkili və fəaliyyəti
üzrə vahid metodologiya və standartların müəyyən
edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə
Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiya - 2013-cü il
2.3 Korrupsiya halları haqqında məlumat
verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin
hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya -
2014-cü il
2.4 Korrupsiya ilə bağlı müraciət,
ərizə və şikayətlərə baxılması
qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə
Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiya - 2013-cü il
2.5 Dövlət qurumlarının rəhbərləri
tərəfindən mütəmadi olaraq vətəndaşların
birbaşa, o cümlədən səyyar qəbulunun təşkili
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları - 2012-2015-ci illər
2.6 Ərizə və şikayətlərin
elektron qaydada qəbulu və rəsmi
cavablandırılması işinin təkmilləşdirilməsi
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları - 2013-2014-cü illər
3. Cinayət təqibi sahəsində
qanunvericiliyin təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
3.1 Hüquqi şəxslər barəsində
cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına
dair qanun layihələrinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə
Nazirliyi - 2013-cü il
3.2 Korrupsiyaya qarşı mübarizə
sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması
üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə
Nazirliyi - 2013-2014-cü illər
3.3 Korrupsiyaya qarşı mübarizədə
əməliyyat-axtarış tədbirlərinin səmərəliliyin
artırılmasına dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü
illər
3.4 Korrupsiyaya qarşı mübarizədə
şahidlərin və cinayət təqibini həyata
keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin
müdafiəsinin təkmilləşdirilməsi üzrə əlavə
tədbirlərin müəyyən edilməsi
İcra: Baş Prokurorluq, Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi
- 2013-2014-cü illər
3.5 Korrupsiya cinayətləri üzrə
istintaq sövdələşməsinin cinayət-prosessual
qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin
hazırlanması
İcra: Baş
Prokurorluq - 2013-2014-cü illər
4. Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
4.1 Komissiyanın korrupsiya ilə əlaqədar
dövlət orqanlarına göndərdiyi müraciətlər
üzrə araşdırma və qiymətləndirmələr
keçirməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya - mütəmadi
4.2 Fəaliyyət Planının icra vəziyyətinin
yoxlanılması məqsədi ilə Komissiyanın monitorinqlər
keçirməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya - mütəmadi
4.3 Korrupsiyanın səviyyəsinin
öyrənilməsi məqsədi ilə
ixtisaslaşdırılmış tədqiqatların və rəy
sorğularının keçirilməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya - mütəmadi
4.4 Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyanın Katibliyinin strukturunun təkmilləşdirilməsi,
maddi-texniki və kadr təminatının gücləndirilməsi
üzrə təkliflər hazırlanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, Maliyyə
Nazirliyi - 2013-cü il
5. Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
qarşı mübarizə
İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
5.1 İdarənin dövlət
orqanlarının informasiya sistemləri, məlumat bazaları
və reyestrlərindən qanunvericiliklə müəyyən
edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin
edilməsi üzrə tədbirlər görülməsi
İcra: Baş Prokurorluq, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi, Nazirlər Kabineti, aidiyyəti dövlət
orqanları - 2013-cü il
5.2 İdarənin preventiv tədbirlər
sahəsində fəaliyyətinin genişləndirilməsi və
müvafiq tədbirlər planının qəbul edilməsi
İcra: Baş Prokurorluq - 2012-2013-cü
illər
5.3 Korrupsiya ilə əlaqədar cinayətlər
barədə vahid informasiya bazasının fəaliyyətinin
təkmilləşdirilməsi
İcra: Baş Prokurorluq - 2013-2014-cü
illər
6. Cinayət
yolu ilə əldə edilmiş gəlirlərin
leqallaşdırılmasının qarşısının
alınması və bu sahədə institusional mexanizmlərin
möhkəmləndirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
6.1 Azərbaycan Respublikasının
"Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına,
axtarışına, həbsinə və müsadirəsinə,
o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə
dair" Avropa Şurasının Konvensiyasına
qoşulması üçün təkliflərin
hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə
Monitorinqi Xidməti - 2013-cü il
6.2 Mənimsənilmiş əmlakın
bərpası (asset recovery) üzrə ölkədaxili
mexanizmin formalaşdırılması məqsədi ilə
normativ hüquqi aktın layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə
Nazirliyi, Maliyyə Monitorinqi Xidməti - 2013-2014-cü illər
6.3 Monitorinq
iştirakçılarının və monitorinqdə
iştirak edən digər şəxslərin cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində öhdəliklərinə
aidiyyəti dövlət orqanları tərəfindən nəzarətlə
bağlı qaydaların hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti və
monitorinq iştirakçılarına və monitorinqdə
iştirak edən digər şəxslərə nəzarət
edən dövlət orqanları - 2013-cü il
6.4 Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində vahid statistik məlumat bazasının
yaradılması
İcra: Maliyyə Monitorinqi Xidməti,
Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq -
2013-2014-cü illər
6.5 Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq lombardların və daşınmaz əmlak
alqı-satqısı üzrə vasitəçilik xidmətləri
göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət
sahəsini tənzimləyən normativ hüquqi aktların
layihələrinin hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti, Ədliyyə
Nazirliyi - 2013-cü il
7. Dövlət qulluğuna dair
qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
7.1 Dövlət qulluğuna dair
qanunvericiliyin məcəllələşdirilməsi üzrə
layihənin hazırlanması
İcra: Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
7.2 Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın nəzdində
ixtisaslaşmış (dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik
davranış, maraqlar toqquşmasının
qarşısının alınması, korrupsiyaya qarşı
mübarizə və s. üzrə
təlim və tədrisi həyata keçirən) təlim mərkəzinin
yaradılması
İcra: Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
7.3 Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın strukturunun təkmilləşdirilməsi
və maddi-texniki təminatı üzrə təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
8. Dövlət
qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi
və peşəkarlığının artırılması
Görüləcək
işlər və nəticə indikatorları:
8.1 Dövlət qulluğuna qəbulun
müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya, mərkəzi və
yerli icra hakimiyyəti orqanları - 2012-2014-cü illər
8.2 Dövlət
qulluqçularının əlavə təhsilini tənzimləyən
qaydaların təkmilləşdirilməsi üzrə təkliflərin
hazırlanması
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi
- 2012-2013-cü illər
8.3 Dövlət orqanlarının nəzdində
olan tədris müəssisələri və mərkəzləri
tərəfindən korrupsiyaya qarşı mübarizə
üzrə təlim modulunun hazırlanması və bu məsələlərlə
əlaqədar tədris proqramlarının (etik
davranış, maraqlar toqquşması, informasiya
azadlığı və s.) təşkili
İcra: mərkəzi icra hakimiyyəti
orqanları, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya, Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiya - 2013-2014-cü illər
8.4 Dövlət
qulluqçularının fəaliyyətini qiymətləndirmə
qaydalarının qəbul edilməsi, qiymətləndirmə
sisteminin xüsusi proqram təminatının yaradılması
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
8.5 Dövlət qulluğunda rotasiya
sisteminin tətbiqi ilə bağlı pilot layihələrin
hazırlanması və bununla əlaqədar metodiki
qaydaların tərtib edilməsi
İcra: mərkəzi icra hakimiyyəti
orqanları, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2013-2014-cü illər
8.6 Dövlət
qulluqçularının məvaciblərinin mərhələlərlə
artırılması, onların sosial təminatının
gücləndirilməsi ilə bağlı təkliflərin
hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə
Nazirliyi - 2013-2015-ci illər
9. Maraqlar toqquşmasının
qarşısının alınması və maliyyə
xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim
edilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
9.1 Dövlət
qulluqçularının və dövlət
orqanlarının digər vəzifəli şəxslərinin
fəaliyyətində maraqlar toqquşmasının
qarşısının alınması ilə bağlı
qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
9.2 Maraqlar toqquşmasının
qarşısının alınması üzrə treninqlərin
təşkili
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, mərkəzi və yerli
icra hakimiyyəti orqanları - 2013-2015-ci illər
9.3 Vəzifəli şəxslərin
maliyyə xarakterli məlumatları haqqında bəyannamənin
elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin
hazırlanması
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
10. Etik davranış
qaydalarının təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
10.1 Dövlət qulluqçuları
üçün etik davranış məsələləri
üzrə mütəmadi tədris kursları və treninqlərin
təşkil edilməsi
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2012-2015-ci illər
10.2 Etik davranış məsələləri
üzrə illik hesabatların hazırlanması (hesabatlarda
aparılmış maarifləndirmə işləri, etik
davranış qaydalarının pozulması halları və tətbiq
edilmiş intizam tənbehi tədbirləri göstərilməklə),
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim
edilməsi və ictimaiyyətə açıqlanması
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2012-2015-ci illər
10.3 Etik davranış qaydalarının
pozulması ilə bağlı daxil olmuş şikayətlərin
effektiv araşdırılması mexanizmlərinin müəyyən
edilməsi
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2013-2014-cü illər
10.4 Dövlət orqanlarının
internet saytlarında etik məsələlər üzrə
xüsusi bölmənin yaradılması (qeyri-etik
davranış barədə
elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik
hesabatlar və s.)
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları - 2013-cü il
10.5 Etik davranış üzrə tədrisin
və treninqlərin təşkili ilə əlaqədar tədris
modulunun və minimum şərtlərin müəyyən edilməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya - 2013-cü il
11. Bələdiyyələrin fəaliyyətinin
təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
11.1 Bələdiyyələrin
aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq
əsasında həyata keçirilməsi ilə bağlı
təkliflərin hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə
Nazirliyi - 2013-cü il
11.2 Bələdiyyə
qulluqçuları üçün korrupsiyaya qarşı
mübarizə məsələləri üzrə tədris
kurslarının, treninqlərin və seminarların təşkili
İcra: bələdiyyələr, Ədliyyə
Nazirliyi - mütəmadi
11.3 Bələdiyyə
qulluqçularının etik davranış qaydalarının
hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə
Nazirliyi - 2013-cü il
12.
Sahibkarlıq fəaliyyəti üçün əlverişli
mühitin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
12.1 Sahibkarların dövlət
orqanları ilə münasibətlərində
qarşılaşdıqları problemlərin öyrənilməsi
və onların həlli üçün tədbirlərin
müəyyən edilməsi
İcra: İqtisadi İnkişaf
Nazirliyi - mütəmadi
12.2 Sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi,
o cümlədən reyestrə informasiya ötürülməsinin
avtomatlaşdırılması
İcra: Ədliyyə Nazirliyi, Maliyyə
Nazirliyi - 2013-2014-cü illər
12.3 Sahibkarlıq sahəsində qanunsuz
yoxlamalar barədə məlumatların qəbul edilməsi
üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi
İcra: Ədliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi - 2013-cü il
12.4 Qanunsuz yoxlama keçirilməsi,
yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə
əsasən tədbirlər görülməsi sahəsində
yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin
müəyyənləşdirilməsi üzrə təkliflərin
hazırlanması
İcra: Ədliyyə Nazirliyi -
2013-cü il
12.5 Sahibkarlıq sahəsində
aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi
sisteminin yaradılması və yoxlamaların risklərin idarə
edilməsi əsasında təyin edilməsi
İcra: dövlət tənzimlənməsini
və nəzarətini həyata keçirən dövlət
orqanları - mütəmadi
12.6 Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında
qanun layihəsinin hazırlanmasının sürətləndirilməsi
İcra: Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası -2012-ci il
12.7 Bütün sahələrdə
nağd hesablaşmaların həcminin azaldılması,
nağdsız hesablaşmaların həcminin artırılması
üçün tədbirlər görülməsi
İcra: Nazirlər Kabineti, Vergilər
Nazirliyi, Mərkəzi Bank - 2013-2014-cü illər
13. Audit xidmətlərinin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
13.1 Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar
tədbirlərin davam etdirilməsi
İcra: Auditorlar Palatası - mütəmadi
13.2 Beynəlxalq təcrübə nəzərə
alınmaqla Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) layihəsinin
hazırlanması
İcra: Auditorlar Palatası - 2013-cü il
13.3 Məcburi auditdən yayınmaya
görə inzibati məsuliyyətin tətbiqi ilə
bağlı mexanizmlərin müəyyən edilməsi
üçün tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi, Auditorlar
Palatası - 2013-cü il
13.4 Daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi
üzrə təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə
Nazirliyi, Hesablama Palatası, Auditorlar Palatası - 2013-cü il
14. Dövlət
satınalmalarının təkmilləşdirilməsi və
şəffaflığın artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
14.1 Elektron dövlət
satınalmalarının tətbiq edilməsi
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları
- 2013-cü il
14.2 Dövlət satınalma müqavilələrinin
icrasına, o cümlədən həmin müqavilələr
üzrə ödənişlərə nəzarətin təkmilləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası - 2013-2014-cü
illər
14.3 Dövlət satınalmaları üzrə
keçirilən müsabiqələrdə və satınalma
müqavilələrinin icrasında qanun pozuntularına yol
vermiş hüquqi və fiziki şəxslərin gələcəkdə
dövlət satınalmalarında iştirakını məhdudlaşdıran
mexanizmin yaradılması
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi icra hakimiyyəti orqanları -
2013-2014-cü illər
14.4 Dövlət satınalmaları üzrə
keçirilən müsabiqələrdə iştirak edən
iddiaçıların hüquqlarını qorumaq məqsədi
ilə şikayətlərə təxirə salınmadan
baxılması üçün müvafiq tədbirlər
görülməsi
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları
- mütəmadi
14.5 Dövlət satınalmalarında
aşkar edilən korrupsiya halları barədə hüquq
mühafizə orqanlarının məlumatlandırılması
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları
- mütəmadi
14.6 Dövlət satınalmalarının
həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin
müəyyən edilməsi metodologiyasının
hazırlanması
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları
- 2013-2014-cü illər
14.7 Satınalan təşkilatlar tərəfindən
növbəti il üçün satınalma planlarının
hazırlanaraq Satınalmalar üzrə Dövlət
Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları
- 2013-cü il
14.8 Dövlət
satınalma prosedurları nəticəsində bağlanan
satınalma müqavilələrinin vahid reyestrinin
yaradılması və həmin reyestrin Satınalmalar üzrə
Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət
Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları
-2013-cü il
15.
Daşınmaz əmlakın dövlət reyestrinin
aparılması sahəsində şəffaflığın
artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
15.1 Daşınmaz əmlaka dair
hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsinə
dair təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Əmlak Məsələləri
Dövlət Komitəsi - 2013-cü il
15.2 Daşınmaz əmlakın dövlət
reyestrindən məlumatların və sənədlərin
elektron xidmət vasitəsilə əldə olunmasının
təmin edilməsi
İcra: Əmlak Məsələləri
Dövlət Komitəsi - 2013-cü il
15.3 Daşınmaz əmlakın qeydiyyatı
orqanları ilə notariuslar arasında məlumat mübadiləsinin
təkmilləşdirilməsi
İcra: Əmlak Məsələləri
Dövlət Komitəsi, Ədliyyə Nazirliyi - 2013-cü il
15.4 Daşınmaz əmlakın dövlət
reyestri ilə digər informasiya sistemləri (məlumat
bazaları, məlumat-axtarış bazaları, reyestrlər və
s.) arasında mübadilə imkanlarının genişləndirilməsi
və informasiya mötəbərliyinin təmin edilməsi
İcra: Əmlak Məsələləri
Dövlət Komitəsi, aidiyyəti dövlət orqanları
- 2013-2014-cü illər
16. Lisenziya və
icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
16.1 Lisenziyaların və icazələrin
verilməsi şərtlərinin və müddətlərinin
sadələşdirilməsinə dair təkliflərin təqdim
edilməsi
İcra: Nazirlər Kabineti - 2012-ci il
16.2 Lisenziya və icazələrin verilməsi
ilə əlaqədar elektron xidmətlərin təşkil
olunması
İcra: aidiyyəti mərkəzi və
yerli icra hakimiyyəti orqanları - 2013-2014-cü illər
16.3 Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (OECD)
üzvü olan ölkələrdə uyğunluq və keyfiyyət
sertifikatı almış məhsulların Azərbaycana
idxalı zamanı onların yenidən
sertifikatlaşdırılması üzrə tələblərin
ləğv edilməsinə və ya yüngülləşdirilməsinə
dair təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi - 2013-cü il
16.4 "İcazələrin elektron
informasiya portalı"nın fəaliyyətinin təmin və
təşviq edilməsi, yeni qəbul olunmuş icazə
xarakterli sənədlər barədə məlumatların və
qanunvericilik aktlarının layihələrinin portala daxil edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi,
dövlət tənzimlənməsini və nəzarətini həyata
keçirən dövlət orqanları - 2013-cü il
17. Vergi nəzarəti
və yoxlamalarının səmərəliliyinin
artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
17.1 Vergi auditinin seçim prosesinin
avtomatlaşdırılması və seçim
standartlarının hazırlanması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü
illər
17.2 Kameral və səyyar vergi
yoxlamalarının həyata keçirilməsi
üçün standart göstəricilər sisteminin və
proqram təminatının işlənib hazırlanması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü
illər
17.3 Vergi ödəyicilərinin zəruri məlumatla
təmin edilməsinin və vergi ödəyiciləri
arasında təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi - 2012-2013-cü
illər
17.4 Vergi Məcəlləsi üzrə
korrupsiyaya şərait yaradan hallar üzrə risk təhlilinin
aparılması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü
illər
17.5 Vergi bəyannamələrinin təqdim
edilmə dövriliyinin azaldılması ilə bağlı təkliflərin
verilməsi
İcra: Vergilər Nazirliyi - 2013-cü il
18. Özəlləşdirmə
prosesində şəffaflığın artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
18.1 Hərracların təşkili
zamanı elektron idarəetmə sisteminin tətbiq edilməsi
İcra: Əmlak Məsələləri
Dövlət Komitəsi - 2013-cü il
18.2 Vətəndaşların real vaxt
rejimində hərraclarda qeydiyyatdan keçməsinin təmin
edilməsi
İcra: Əmlak Məsələləri
Dövlət Komitəsi - 2013-2014-cü illər
19. Gömrük
tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
19.1 Gömrük rüsum və tarifləri
barədə məlumatların internet informasiya
ehtiyatlarında yerləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi
- mütəmadi
19.2 Gömrük ödənişlərində
nağdsız ödəniş
sisteminə keçilməsinin təmin edilməsi
İcra: Dövlət Gömrük Komitəsi
- 2012-2013-cü illər
19.3 Gömrük orqanlarının qərarlarından
verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi
- 2012- 2013-cü illər
19.4 Gömrük sərhədində mal
dövriyyəsinin sürətləndirilməsi və
sahibkarlıq subyektləri üçün əlverişli
şərait yaradılması
İcra: Dövlət Gömrük Komitəsi
- 2013-cü il
20. Şəhərsalma
və tikinti qanunvericiliyinin və bu sahədə inzibati idarəçiliyin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
20.1 Tikintiyə icazə, tikintiyə nəzarət
və tikintinin istismarına icazə ilə bağlı səmərəli
inzibati idarəçiliyin yaradılması, bu sahədə
"bir pəncərə" sisteminin tətbiqi ilə
bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il
20.2 Şəhərsalma və tikinti fəaliyyətində
şəffaflığın və ictimaiyyətin
iştirakının təmin edilməsi
İcra: Arxitektura və Şəhərsalma
Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti
orqanları, bələdiyyələr - 2013-2014-cü illər
20.3 Şəhərsalma və Tikinti Məcəlləsinin
tələbləri barədə vətəndaşların
maarifləndirilməsi üzrə tədbirlərin həyata
keçirilməsi
İcra: Arxitektura və Şəhərsalma
Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti
orqanları, bələdiyyələr - 2013-2014-cü illər
20.4 Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində elektron hökumət prinsiplərinin tətbiqi
ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il
21. Təhsil
müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
21.1 Təhsil müəssisələrində
imtahan prosesində şəffaflığın artırılması
İcra: Təhsil Nazirliyi, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası -
2012-2013-cü illər
21.2 Ali təhsil müəssisələrində
şikayətlərə baxılmasının səmərəliliyinin
artırılması
İcra: Təhsil Nazirliyi - 2012-2013-cü
illər
21.3 Müəllimlərin etik
davranış qaydalarının qəbul edilməsi
İcra: Təhsil Nazirliyi - 2012-2013-cü
illər
21.4 Vakant müəllim yerləri barədə
məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində
və mətbu orqanında dərc edilməsi
İcra: Təhsil Nazirliyi - mütəmadi
21.5 Vakant elan edilmiş yerlərə
müəllimlərin işə götürülməsi
üçün mərkəzləşdirilmiş və şəffaf
əsaslarla imtahanların
keçirilməsi
İcra: Təhsil Nazirliyi - mütəmadi
21.6 Müəllimlərin müsabiqədənkənar
işə qəbulu ilə əlaqədar məsuliyyətin
müəyyən edilməsi üzrə təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti, Təhsil
Nazirliyi - 2013-cü il
21.7 Müəllimlərin əməkhaqlarının
artırılmasına və sosial təminatının
gücləndirilməsinə dair təkliflərin təqdim
edilməsi
İcra: Nazirlər Kabineti, Təhsil
Nazirliyi - 2012-2015-ci illər
22. Səhiyyə
sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
22.1 Səhiyyə sistemində icbari tibbi
sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin
sürətləndirilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə
Nazirliyi - 2013-2014-cü illər
22.2 Həkimlərin etik davranış
kodeksinin təşviqatı üzrə treninq və təlimlərin
keçirilməsi
İcra: Səhiyyə Nazirliyi -
2013-2014-cü illər
22.3 Vakant həkim yerləri barədə məlumatların
Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində və
mətbu orqanında dərc edilməsi
İcra: Səhiyyə Nazirliyi - mütəmadi
22.4 Vakant elan edilmiş yerlərə həkimlərin
mərkəzləşdirilmiş qaydada və şəffaf əsaslarla test və müsahibə üsulu ilə
işə götürülməsinin təmin edilməsi
İcra: Səhiyyə Nazirliyi - mütəmadi
22.5 Həkimlərin müsabiqədənkənar
işə qəbulu ilə əlaqədar məsuliyyətin
müəyyən edilməsi üzrə təkliflər verilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə
Nazirliyi - 2013-cü il
22.6 Həkimlərin əməkhaqlarının
artırılmasına və sosial təminatının
gücləndirilməsinə dair təkliflərin təqdim
edilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə
Nazirliyi - 2012-2015-ci illər
23. Dövlət
müəssisələrində korporativ idarəetmə
prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
23.1 Korporativ idarəetmə prinsiplərinin
dövlət müəssisələrində tətbiqi sahələrinin araşdırılması və
bununla bağlı təlimlərin keçirilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, dövlət
müəssisələri - 2013-2014-cü illər
23.2 Dövlət müəssisələrinə
dövlət büdcəsindən ayrılan vəsaitdən, o
cümlədən maliyyə
yardımlarından səmərəli istifadə ilə
bağlı təkliflərin hazırlanması
İcra: İqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi, dövlət müəssisələri -
2013-2014-cü illər
23.3 Dövlət müəssisələrinin
öz fəaliyyəti barədə illik məruzələr tərtib
etməsi və ictimaiyyətə açıqlaması
İcra: dövlət müəssisələri
- 2013-2015-ci illər
24. Kommunal xidmətlərin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
24.1 Elektrik enerjisinin, təbii qazın və
suyun istehlakı və haqqının ödənilməsi sahəsində
smart kart tipli sayğacların quraşdırılması
prosesinin başa çatdırılması
İcra: "Azərenerji" ASC,
"Bakıelektrikşəbəkə" ASC, Dövlət
Neft Şirkəti, "Azərsu" ASC - 2013-2014-cü illər
24.2 Elektrik enerjisi, təbii qaz və su
istehlakının və buna haqq ödənilməsinin
qeydiyyatının aparılmasında
avtomatlaşdırılmış mərkəzi kompyuter
sisteminin tətbiqinin başa çatdırılması
İcra: "Azərenerji" ASC,
"Bakıelektrikşəbəkə" ASC, Dövlət
Neft Şirkəti, "Azərsu" ASC - 2013-2014-cü illər
24.3 Hündürmərtəbəli yeni
yaşayış binalarının qazla təminatı ilə əlaqədar
məsələlərin həll edilməsi
İcra: Bakı Şəhər İcra
Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət
Neft Şirkəti - 2013-2014-cü illər
24.4 Mənzil-kommunal təsərrüfatı
sahəsində islahatların aparılması, o cümlədən
bu sahədə göstərilən xidmətlərin normativ və
tariflərinin optimallaşdırılması
İcra: Nazirlər Kabineti, İqtisadi
İnkişaf Nazirliyi, Tarif (qiymət) Şurası -
2013-2014-cü illər
25. Əmək və
sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
25.1 Qeyri-formal məşğulluğun
qarşısının alınması və "kölgə
iqtisadiyyatına" cəlb olunmuş işçilərin
sosial hüquqlarının təmin edilməsi məqsədi
ilə onların əmək fəaliyyətinin
leqallaşdırılması üzrə tədbirlər
görülməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti -
2013-2014-cü illər
25.2 Sosial yardım proqramları, sosial xidmətlər
göstərilməsi, sosial və işsizlik müavinətləri
üzrə daxil olan şikayətlərə baxılması
işinin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.3 Əmək və sosial təminat sahəsində
işçilərin peşəkarlığının
artırılmasına və etik davranış qaydalarına
dair təlimlərin keçirilməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi - 2013-2014-cü illər
25.4 Əlilliyin müəyyən edilməsi
meyarlarının beynəlxalq standartlara
uyğunlaşdırılması üçün müvafiq tədbirlər
görülməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.5 Ünvanlı sosial yardım təyin edilməsi
üçün zəruri olan sənədlər dairəsinin
azaldılması və sənədlərin təqdim edilməsi
prosedurunun sadələşdirilməsi üzrə təkliflərin
verilməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.6 Sosial xidmət müəssisələrinin
idarəetmə mexanizminin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.7 Sosial xidmət sahəsində dövlət
sifarişlərinin ixtisaslaşdırılmış müəssisə
və təşkilatlara verilməsi mexanizminin
yaradılmasına dair təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
26. Korrupsiyaya
qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
26.1 Korrupsiyaya qarşı mübarizə
sahəsində beynəlxalq və regional təşkilatlarla
qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq
proqram və layihələrdə iştirak, habelə bu sahədə
ixtisaslaşmış beynəlxalq təşkilatlarla və
xarici ölkələrin müvafiq orqanları ilə
qarşılıqlı əməkdaşlığın davam
etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq
Şurası, İnsan hüquqları üzrə Müvəkkil
(Ombudsman) - 2012-2015-ci illər
26.2 Birləşmiş Millətlər Təşkilatı,
Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər
Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (OECD) İstanbul
Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində
Azərbaycan Respublikasına verilmiş tövsiyələrin
icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq
Şurası, İnsan hüquqları üzrə Müvəkkil
(Ombudsman) - 2012-2015-ci illər
26.3 Beynəlxalq Anti-Korrupsiya Akademiyası
ilə əməkdaşlığın genişləndirilməsi,
birgə təhsil və tədris layihələrinin həyata
keçirilməsi
İcra: Vergilər Nazirliyi, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya - 2013-2015-ci illər
27. Korrupsiyaya
qarşı mübarizə sahəsində vətəndaş
cəmiyyəti institutları ilə əməkdaşlığın
inkişaf etdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
27.1 Fəaliyyət planında nəzərdə
tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti
institutlarının cəlb edilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq
Şurası, İnsan hüquqları üzrə Müvəkkil
(Ombudsman) -2012-2015-ci illər
27.2 Fəaliyyət planında nəzərdə
tutulan tədbirlərin icrası üçün vətəndaş
cəmiyyəti institutlarına maliyyə dəstəyi və
birgə layihələrin həyata keçirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq
Şurası, İnsan hüquqları üzrə Müvəkkil
(Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası - 2012-2015-ci illər
28. Korrupsiyaya
qarşı mübarizə ilə bağlı maarifləndirmə
Görüləcək işlər və
nəticə indikatorları:
28.1 Fəaliyyət planının
icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin
hər il üzrə dəyərləndirilməsi və
ictimaiyyətə açıqlanması
İcra: Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiya - 2012-2015-ci illər
28.2 Dövlət orqanları tərəfindən
öz fəaliyyətlərində korrupsiyaya qarşı
mübarizə ilə əlaqədar televiziya və radio
proqramlarında xüsusi verilişlərin və debatların
təşkil edilməsi
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları - mütəmadi
28.3 Dövlət orqanlarına ictimai
etimadın artırılması məqsədi ilə
onların fəaliyyəti ilə bağlı təbliğat
işinin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra
hakimiyyəti orqanları - mütəmadi
28.4 Ali və orta ixtisas məktəblərinin,
ixtisasartırma və tədris mərkəzlərinin
proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris
kurslarının nəzərdə tutulması
İcra: Təhsil Nazirliyi - mütəmadi
28.5 Orta məktəb şagirdləri
arasında korrupsiyaya qarşı mübarizə mövzusunda
inşa və rəsm müsabiqələrinin, digər
intellektual müsabiqələrin təşkili
İcra: Təhsil Nazirliyi - mütəmadi
28.6 Korrupsiyaya qarşı mübarizə
sahəsində bukletlərin, yaddaş
kitabçalarının və digər maarifləndirici
materialların nəşri və əhali arasında
paylanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Baş Prokurorluq, mərkəzi
və yerli icra hakimiyyəti orqanları - mütəmadi
Azərbaycan.-2012.-7
sentyabr.- S. 4-5.