Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 7-də NATO-nun baş
katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin
başçısı NATO-nun baş katibini
qarşıladı.
Prezident İlham Əliyev
NATO-nun baş katibi Anders Foq
Rasmussenin Azərbaycana səfərinin əməkdaşlığımızın
hazırkı vəziyyəti və perspektivlərini
müzakirə etmək baxımından səmərəli
olacağını bildirdi. Dövlətimizin
başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlıq
əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. NATO iqamətgahına sonuncu səfəri, diplomatik
korpusun nümayəndələri ilə keçirdiyi görüşləri və Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına sədrlik
etdiyi zaman Nyu-Yorka səfərini, eləcə də NATO-nun Çikaqo sammitində
iştirakını məmnunluqla xatırlayan Prezident
İlham Əliyev səfər zamanı əməkdaşlığımızın
inkişafına dair aparılan müzakirələrin
əhəmiyyətini qeyd etdi.
Ölkəmizin NATO-nun Əfqanıstandakı
sülhməramlı missiyasında iştirakının,
tranzit ölkə kimi
Əfqanıstana yüklərin daşınmasındakı rolunun və "Sülh
naminə tərəfdaşlıq" Proqramı çərçivəsində
uğurlu əməkdaşlığının
önəmini vurğulayan Prezident
İlham Əliyev Azərbaycanın
NATO ilə əməkdaşlığa
bundan sonra da öz töhfəsini
verəcəyinə əminliyini ifadə etdi.
NATO-nun baş katibi Anders Foq Rasmussen
ölkəmizdə "Eurovision"
mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil
olunması və Azərbaycan idmançılarının XXX London Yay Olimpiya
Oyunlarında əldə etdiyi uğurlar münasibətilə dövlət
başçısını təbrik etdi.
Azərbaycanda
gedən yüksək inkişaf proseslərinin
onda xoş təəssürat
yaratdığını deyən baş katib ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan məmnunluğunu
ifadə etdi. Anders Foq Rasmussen Azərbaycanın
Əfqanıstandakı sülhməramlı missiyada
birbaşa və daşımalar yolu ilə iştirakını yüksək
qiymətləndirdi.
Görüşdə
Azərbaycan-NATO əlaqələrinin gələcək
inkişafı, regional təhlükəsizlik
və sabitlik, enerji
sahəsində əməkdaşlıq və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 1.