«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli
414-IVQD nömrəli qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 414-IVQD nömrəli
qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 4.