«İctimai televiziya və radio
yayımı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq qərara alır:
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 888; 2006, ¹ 3, maddə
224, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 435, 442, ¹ 12, maddə
1218; 2009, ¹ 10, maddə 772; 2011, ¹ 2, maddə 70)
aşağıdakı dəyişikliklər edilsin:
1. 4.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"4.4. İctimai yayımçının əmlakı
bu qanunda nəzərdə
tutulmuş hallarda
satıla bilər.".
2. 4.5-ci maddədə
"yalnız yeniləşdirilmək və genişləndirilmək"
sözləri "yeniləşdirilmək" sözü ilə əvəz edilsin.
3. 8.1-ci maddədən
"baş redaktorlar,"
sözləri çıxarılsın.
4. 13.5-ci maddədə:
4.1.
"seriallarının," sözü
çıxarılsın, "çevrilərək"
sözündən sonra "və (və ya) Azərbaycan dilində subtitrlə
müşayiət edilərək" sözləri əlavə
edilsin;
4.2.
aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
"Azərbaycan
dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə
müşayiət edilərək yayımlanan həmin
verilişlərin həcmi müvafiq
dövlət orqanı tərəfindən müəyyən edilir.".
5. 20.1.9-cu maddədən
", texniki avadanlıqların və
yayımın keyfiyyət
standartlarını müəyyənləşdirir"
sözləri çıxarılsın.
6. 20.3.2-ci maddədən
"əldə olunması və" sözləri
çıxarılsın.
7.
Aşağıdakı məzmunda 21.2.4-1-ci maddə əlavə
edilsin:
"21.2.4-1. texniki avadanlıqların və
yayımın keyfiyyət
standartlarını müəyyən edir;".
8.
Aşağıdakı məzmunda 21.8.3-1-ci maddə əlavə
edilsin:
"21.8.3-1. texniki avadanlıqların və yayımın
keyfiyyət standartlarını;".
9. 23.1.1-ci maddədə
"daxilolmalar" sözündən sonra "və dövlət büdcəsindən
ayırmalar" sözləri əlavə edilsin.
10. 23.3-cü
maddədən "ictimai
yayımçının perspektivli
inkişafı üçün"
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 4.