Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12, I kitab, maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009,  ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14,

¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 351-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 23.1.13-cü maddədə "malların" sözündən sonra ",habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların" sözləri əlavə edilsin.

2. 50.1.2-ci maddədə "malların markalanmadanya saxta aksiz" sözləri "malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadanya saxta"  sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 4.