Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli
fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
haqqında Əsasnamə"ni Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8
may tarixli 626 nömrəli
fərmanı ilə təsdiq edilmiş
"Uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarəti
Qaydası"na uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
386 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2,
maddə 90, ¹ 7, maddə 625, ¹ 11, maddə 996) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 3.1.55-1-ci və 3.1.55-2-ci yarımbəndlər
əlavə edilsin:
"3.1.55-1. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair monitorinqlər
aparılmasında iştirak etmək;
3.1.55-2. Nazirliyin qanun əsasında
müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, uşaq
hüquqlarının təmin edilməsi vəziyyətinə
dair illik hesabat hazırlamaq;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 4.