Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı»nda dəyişiklik edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 172; 2012, ¹ 2, maddə 68, ¹ 5, maddə 426) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"na aşağıdakı məzmunda 2.13-cü bənd əlavə edilsin:

"2.13. beynəlxalq konfranslarda, müşavirələrdə və başqa beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının maraqlarını müdafiə edən digər rəhbər işçilər (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin razılığı olduqda).".     

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 8 sentyabr.- S. 4.