Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may
tarixli 413 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli
fərmanı ilə təsdiq edilmiş "Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası"na
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə
602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹
11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə
983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə
688) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.5-1-ci və 8.5-2-ci
yarımbəndlər əlavə edilsin:
"8.5-1.
uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə
dair monitorinqlər aparılmasında iştirak etmək;
8.5-2. Nazirliyin
qanun əsasında müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, uşaq
hüquqlarının təmin edilməsi vəziyyətinə
dair illik hesabat hazırlamaq;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 sentyabr
2012-ci il
Azərbaycan.-2012.-
8 sentyabr.- S. 4.